Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək

Martın 24-də Bakıda kişi və qadın boksçular arasında 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” beynəlxalq turniri start götürəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, ənənəvi yarış 5 gün davam edəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan boksçuları güclərini sınayacaqlar. Kişilər 13, qadınlar 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

121 idmançının qatılacağı turnirin açılış mərasimi martın 24-də, saat 13:30-da olacaq. Yarışa martın 28-də yekun vurulacaq.

Azərbaycanı “Böyük İpək Yolu”nda 34 kişi, 9 qadın boksçu təmsil edəcək.

Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaq.

Fərdi
AMADA: "Dopinq testlərinin 87 faizi Bakıda götürülüb"

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Azərbaycanın 2 güləşçisi dünya çempionu ola bilər, 4-ü mübarizəyə başlayır

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"