"NTD-İndiqo"nun basketbolçusu: Hər dəfə özünüzü rahat hiss etməyə başlayanda uğursuzluq olur

"NTD-İndiqo"nun basketbolçusu: Hər dəfə özünüzü rahat hiss etməyə başlayanda uğursuzluq olur

Hər dəfə özünüzü rahat hiss etməyə başlayanda uğursuzluq olur.

"QELEBE.AZ" xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Qriffin Remmi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu komandasının son qarşılaşmalardakı performansını dəyərləndirib: "Qazanılan qələbələr heç də asan başa gəlmir. Son oyunda "Gəncə"ni məğlub edə bildik. Amma qarşılaşma ağır keçdi. Kubokdakı dinamika adi mövsümdən fərqlidir. Bu, legioner limiti ilə bağlıdır. Matç ərzində əvəzetmələr də fərqli olur. Biz komanda oyunu göstəririk və bunun sayəsində qələbələr qazanırıq. Eyni tərzdə davam etmək lazımdır. Gənc basketbolçularımızı meydançada görəndə çox sevinirəm. Liqa matçlarında daha az oyun vaxtı qazanırlar. Komandadakı bütün basketbolçular məşqlərdə çox çalışırlar və qələbələrə öz töhfələrini verirlər. Kubok görüşlərində nəyə qadir olduqlarını göstərirlər. Ancaq biz hələ heç nəyə nail olmamışıq. Addım-addım irəliləyirik".

Q.Remmi "Sərhədçi"yə qarşı keçirəcəkləri növbəti oyun barədə fikirlərini açıqlayıb: "Bu matç bizim üçün böyük bir çağırışdır. Hər oyun bizim üçün böyük sınaqdır. Qələbələr asan qazanılmır. Matçlara həmişə çox ciddi hazırlaşırıq. "Sərhədçi" yaxşı komandadır. Onların güclü məşqçisi və yaxşı basketbolçuları var. Biz liqada bir neçə oyunda məğlub olduq. Pley-off oyunları ərəfəsində turnir cədvəlində əlverişli mövqe əldə etmək istəyiriksə, vəziyyəti düzəltmək vacibdir".

ABŞ-dən olan oyunqurucusu komandasında işlərin qaydasında olduğunu vurğulayıb: "Düşünmürəm ki, problemlərimiz var. Mövsüm kifayət qədər uzundur və bütün komandaların eniş-yoxuşları olur. Mövsüm ərzində daim mükəmməl qalmaq mümkün deyil. Bəlkə də ilk dövrədən sonra özümüzə çox güvənirdik. Ac olmalıyıq. Ancaq xüsusi bir şey əldə edə biləcəyimizə inanmalıyıq. İlk dövrədəki matçlarda tez-tez rəqib oyunçularla təkbətək qalırdım. İndi belə sərbəstlik olmur. Yanımda mütləq rəqibin ikinci oyunçusu da olur. Əslində bu komanda oyununun dəyərini göstərir. Komanda yoldaşlarıma inanıram. Ancaq eyni zamanda, özüm daha aqressiv oynamalıyam".

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır