Federasiya rəsmisi: Klub rəhbərliyi çempionatdan çıxmaqla bağlı rəsmi müraciət etməyib

Federasiya rəsmisi: Klub rəhbərliyi çempionatdan çıxmaqla bağlı rəsmi müraciət etməyib

Klub rəhbərliyi ilə mütəmadi əlaqə saxlayırıq. İndiki məqamda onlar çempionatdan çıxmaqla bağlı federasiyaya rəsmi müraciət etməyiblər.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının (AFF) mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Record club"un Yüksək Liqada "Baku Fire" ilə görüşdə iştirak etməməsi ilə bağlı danışarkən deyib.

O, Yüksək Liqa təmsilçisində problemlərin qış fasiləsindən sonra yaşandığını xatırladıb: "Xüsusilə də iranlı futzalçılar sənədləşmə işləri ilə əlaqədar Bakıya geri dönə bilmədilər. Buna görə də kollektivin oyunçu baxımından ciddi problemləri yarandı. Matçlara da ancaq yerli futbolçılarla çıxdılar. Onlar da həm say baxımından azdırlar, əvəzetmələr demək olar olmurdu, həm də keyfiyyət baxımından seçilmirdilər. Nəticələr də ortadadır".

"Bildiyim qədər böyükhesablı məğlubiyyətlər yerli oyunçulara da mənfi təsir etdiyindən, onlar “Baku Fire” ilə matça gəlmədilər. Əsasnamədə isə qeyd olunub ki, bir komanda mövsüm ərzində 3 dəfə təyin olunan vaxtda oyuna çıxmasa, yarışdan kənarlaşdırılır. “Record club” cari mövsümdə hələ ki bir oyun buraxıb və buna görə texniki məğlubiyyət alıb. Klub rəhbərliyi növbəti görüşlərə çıxıb-çıxmayacaqları ilə bağlı da konkret bir söz deməyiblər", - deyə federasiya rəsmisi vurğulayıb.

Qeyd edək ki, "Record club" 15 turdan sonra 4 xalla sonuncu - altıncı pillədə qərarlaşıb. Bu qarşılaşmalarda 29 qol vuran komanda qapısında 158 top görüb.

Futbol
Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

Futbol
"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gəlib

Futbol
"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"

Qazaxıstan millisinin qapıçısı: "Bakıda istənilən nəticə qeydə alına bilər"