Azərbaycan millisinin məşqçisi: Tamblinq növü son illər çox inkişaf edib

Azərbaycan millisinin məşqçisi: Tamblinq növü son illər çox inkişaf edib

Tamblinq növü son illər çox inkişaf edib.

“Report”un məlumatına görə, bunu idman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisinin məşqçisi Rahib Əliyev ölkə çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, idmançıların bütün gücləri ilə yarışacaqlarını bildirib: “3 klubdan 33 gimnast mübarizə aparır. Onların hamısı Bakı təmsilçiləridir. Məqsədimiz idmançıların bütün yarışlarda hərəkətlərini tam şəkildə icra etmələridir. Bildiyiniz kimi, qarşıda Avropa çempionatı var. Böyüklərdən ibarət komandamızın üzvləri qitə birinciliyində çıxış edəcəklər. Daha sonra Qazaxıstanda beynəlxalq turnirə qatılacağıq. Azərbaycan çempionatı da həmin mötəbər yarışlara hazırlıq xarakteri daşıyır. İdmançılarımızın Avropa çempionatına daha yaxşı vəziyyətdə yollanmalarına çalışırıq”.

Mütəxəssis Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində 6 medal qazanan Azərbaycan gimnastlarının çıxışını da yüksək qiymətləndirib: “Krakovda idmançılarımız çox gözəl nəticələr əldə etdilər. Hər bir kateqoriyada medalımız oldu. Həmin yarışda da ən yaxşı gimnastlarımız çıxış edirdilər”.

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Fərdi
FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub