Qurban Qurbanov: Bu gün əsl futbol ab-havası var idi

Qurban Qurbanov: Bu gün əsl futbol ab-havası var idi

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara da minnətdarlığımı bildirirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss edildiyini bildirib: "Qələbə də qazana bilərdik. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda, Almaniya futbolu bu gün bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə, ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq".

Baş məşqçi məyus olmadığını vurğulayıb: "Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır. Hardasa bu səviyyəyə yaxınlaşa biləcəyik".

Qurbanov səfərə ümidsiz getməyəcəklərini sözlərinə əlavə edib: "Bəlkə də oyundan əvvəl ən çox inamlı olan mən idim. Bu rəqibə qarşı Bakıda nəticə qazanacağımıza inanırdım. Komandanı daha yaxşı mübarizə üçün hazırlayacağam. Amma nəzərə almalıyıq ki, Almaniya komandaları heç bir matçda rahat meydana çıxmırlar".

Təcrübəli mütəxəssis görüşdə zədələnən Olavio Juninyonun durumunun ciddi ola biləcəyini deyib. O, hücumçunun vəziyyətinin sabah dəqiqləşəcəyini söyləyib.

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Premyer Liqa: "Qarabağ" "Zirə"ni darmadağın edib

Futbol
UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub