Peşəkar Futbol Liqasının prezidenti Bakıda əməliyyat olunacaq

Peşəkar Futbol Liqasının prezidenti Bakıda əməliyyat olunacaq

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunacaq.

Bu barədə “Report”a qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O bildirib ki, bərpa cərrahi əməliyyatın martın əvvəllərində baş tutması gözlənilir: “Elxan müəllim bərpa mərhələsindədir. Bir neçə gündür ki, həkimlər oturmasına icazə veriblər. Hazırda fizioterapiya ilə yanaşı, fiziki olaraq bərpası üçün dəstək verilir. Özünü yaxşı hiss edir, qidalanması da tam qaydasındadır. Amma hələ ki, yalnız əyləşməsinə icazə verilir. Həkimlərin rəyinə görə, əzələlər özünü tam bərpa etdikdən sonra, təxminən martın əvvəlində əsas zədə aldığı sağ ayağı sonuncu bərpa cərrahi əməliyyatı ediləcək”.

Mətbuat xidmətinin rəhbəri vitse-prezident Aslan Şahgəldiyevin səhhətində də müsbətə doğru irəliləyiş olduğunu söyləyib: “Aslan müəllim də müalicəsini xəstəxana şəraitində davam etdirir. Çətinliklə olsa da, ayağa qalxa, xüsusi dəstəkçi vasitələrlə çox qısa məsafələrə hərəkət edə bilir. Fizioterapiyası davam etdirilir”.

Sənan Abdullayev PFL-in qəza zamanı xəsarət alan digər əməkdaşlarının durumu barədə də məlumat verib: “Mən, texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktor Zaur Hacı-Məhərrəmov iki aya yaxındır işə çıxırıq. Bacardığımız qədər zədələrimizi yükləməməyə çalışırıq. Ciddi ağrılarımız yoxdur, hər şey qaydasındadır”.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Futbol
AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatıb

Futbol
Qırğızıstan və Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Qırğızıstan və Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib