Azərbaycanın U-17 millisinin baş məşqçisi: "Bütün oyunlarda uduzmaq fiziki durum və təcrübəsizliklə bağlıdır"

Azərbaycanın U-17 millisinin baş məşqçisi: "Bütün oyunlarda uduzmaq fiziki durum və təcrübəsizliklə bağlıdır"

Bütün oyunlarda uduzmağımızın səbəbi fiziki durum və təcrübəsizliklə bağlıdır.

Bunu "QELEBE.AZ"a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnir barədə danışarkən deyib.

Mütəxəssis təşkilatçılığın yaxşı olduğunu bildirib: "Bizim üçün böyük təcrübə idi. Uşaqlar belə yarışlara nə qədər çox qatılsalar, o qədər yaxşı inkişaf edərlər. Yığma yeni qurulub, ilk beynəlxalq turnirimiz idi. Fiziki durumdan bir az narazılığımız var. Belarus və Özbəkistanın U-18 milliləri burda çıxış edirdi. Buna baxmayaraq, uşaqlar istəkli idilər və döyüşürdülər. Amma yenə vurğulamaq istəyirəm ki, fiziki durumları istədiyimiz səviyyədə deyil".

Baş məşqçi səhvləri düzəltməyə çalışacaqlarını söyləyib: "Martın 8-də Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Bu turnir payızda start götürəcək. Rəqiblərimizi gözləyəcəyik. Bu il İnkişaf turnirində iştirak da planlaşdırılır".

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub. Yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistana yenilərək yarışda sonuncu yeri tutub.

Futbol
Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qalib gəlməliyik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qalib gəlməliyik"

Futbol
"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

"Fənərbağça" ABŞ millisinin hücumçusunu transfer edib

Futbol
“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

“Sabah”ın baş məşqçisi: “Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır”

Futbol
Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib