Avropa Liqası: “Qarabağ” – “Braqa” oyununda üçüncü qol vurulub – YENİLƏNİB-8

Avropa Liqası: “Qarabağ” – “Braqa” oyununda üçüncü qol vurulub – YENİLƏNİB-8

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.

102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib. Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.

23:38

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda əsas vaxtı 2:0 hesabı ilə öndə tamamlayıb.

İlk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazandığından, ümumi hesab bərabərləşib – 4:4. Bu səbəbdən oyunda 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

23:27

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə qonaqlar rəqibi cəzalandırıblar.
83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb. “Braqa” 2:0 hesabı ilə öndədir.

23:15

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar qol sevinci yaşayıblar.

“Braqa”nın heyətində Rocer Fernandes fərqlənib.

23:02

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Portuqaliyanın “Braqa” klubuna qarşı Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda qırmızı vərəqə alıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 57-ci dəqiqəsində müdafiəçi ikinci sarı vərəqə ilə meydandan qovulub.

Hazırda qarşılaşmada hesab 0:0-dır.

22:49

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab açılmayıb - 0:0.

22:33

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.
Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

21:45

“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

“QELEBE.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.

Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.

Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.

20:40

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.

“QELEBE.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.

“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
"Rubin"in sabiq futbolçusu həbs olunub

"Rubin"in sabiq futbolçusu həbs olunub

Futbol
“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Futbol
"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq