AFFA-nın baş katibi: "Qarabağ" qələbə üçün meydana çıxmalıdır

AFFA-nın baş katibi: "Qarabağ" qələbə üçün meydana çıxmalıdır

"Qarabağ" mütləq şəkildə ancaq qələbə üçün meydana çıxmalıdır. Əminik ki, belə də olacaq.

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev "Qarabağ"ın Bakıda "Braqa"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Funksioner bugünkü matçda ölkə çempionuna uğurlar arzulayıb: "Qarabağ" bunu bizə dəfələrlə göstərib və sübut edib ki, adlı-sanlı komandalara qarşı nəinki başabaş mübarizə apara, hətta rəqibi böyük hesabla üstələyə də bilər. Artıq bir neçə dəfə bunu görmüşük. Düşünürük ki, bu axşam da buna şahidlik edəcəyik".

"Qarabağ" səfər qarşılaşmasında hər bir azərbaycanlını növbəti dəfə sevindirmişdi. Fürsətdən istifadə edərək, klubu, futbolçuları, məşqçi heyətini, rəhbərliyi, azarkeşləri ilk matçdakı qələbəyə görə təbrik edirəm. Lakin pley-off iki görüşdən ibarətdir və ilk qarşılaşma mərhələni adlamaq üçün işin 50 faizidir. Digər 50 faizi qarşıda qalıb. Bu o deməkdir ki, birinci nəticəyə əsaslanaraq arxayınlaşmaq olmaz", - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı görüşdə "Qarabağ" rəqibini 4:2 hesabı ilə üstələyib.

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Cahangir Həsənzadə: “Neftçi” “Qarabağ”a qarşı əsl gücünü göstərməlidir” - MÜSAHİBƏ

Futbol
UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Futbol
"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Futbol
PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

Futbol
Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbol
Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Futbol
Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib