“Qarabağ”ın yeni meneceri: Akademiyada dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi

“Qarabağ”ın yeni meneceri: Akademiyada dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi

“Qarabağ” akademiyasında dəyişikliyi sözdə yox, əməldə görməyim məni cəlb etdi”.

Bunu “Report”a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının yeni meneceri Nail Kərimov təyinatı ilə bağlı danışarkən deyib.

“Qəbələ”dən ayrıldıqdan sonra Ağdam təmsilçisi ilə anlaşan mütəxəssis həmin ərəfədə başqa təkliflərinin olduğunu da bildirib: “Təklif göndərən klubların hər birinə təşəkkür edirəm. İlk təklif “Qarabağ”dan gəldi, söhbətimiz də yaxşı məcrada keçdi, bir-birimizi başa düşdük. Seçim zamanı “Qarabağ” klubunun adı, bu ailənin mehribanlığı, keyfiyyəti öz rolunu oynamaya bilməzdi”.

N.Kərimov akademiyanı əsas komanda səviyyəsinə uyğunlaşdırmaq üçün yollarının uzun olacağını vurğulayıb: “Bu mövsümün əvvəlindən görülən işlər gələcəyə ümidlə baxmağa əsas verir. Artıq müəyyən addımlar atılıb. Bundan sonra hansı işlərin görüləcəyi də müzakirə olundu, planlar haqqında danışıldı. Əlbəttə ki, xeyli problemlər, çətinliklər var, bunun fərqindəyik. Əsas odur ki, bu problemlərin həlli üçün yollar axtarılsın. Bu yöndə addımlar da atılır. Ümid edirik ki, bütün çətinliklərin öhdəsindən yavaş-yavaş gələcək, çox çətin olsa belə, “Qarabağ”ın əsas komandasına layiq akademiya yarada biləcəyik”.

40 yaşlı menecer “Qarabağ” akademiyasındakı öhdəliyindən də bəhs edib: “Əvəzedicilər də daxil olmaqla akademiyanın bütün fəaliyyəti mənə tapşırılıb. Texniki məsələlər, futbol tərəfi ilə akademiyanın koordinatoru Aftandil Hacıyev maraqlanır. Digər məsələlər mənim nəzarətimdə olacaq. Birlikdə ən yaxşı işi görməyə çalışacağıq”.

Qeyd edək ki, Nail Kərimov 2006-2024-cü illərdə “Qəbələ” İdman Klubunda fəaliyyət göstərib.

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

"Frayburq"un futbolçusu: "Qarabağ"a hörmətlə yanaşırıq"

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

Futbol
"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
Laurentsiu Regekampf: “Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır”

Laurentsiu Regekampf: “Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Futbol
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib