Bolqarıstanlı hakim 5-ci dəfə Azərbaycan komandalarının oyununa təyinat alıb

Bolqarıstanlı hakim 5-ci dəfə Azərbaycan komandalarının oyununa təyinat alıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə oyununu idarə edəcək FIFA referisi Georgi Kabakov karyerası ərzində 5-ci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb.

“Report”un məlumatına görə, bolqarıstanlı bunun 3-də baş hakim, 1-də isə ehtiyat hakim kimi fəaliyyət göstərib.

Maraqlıdır ki, dörd görüşün hər biri Azərbaycan komandalarının səfər qarşılaşmasına təsadüf edib. Kabakovun təmsilçilərimizlə ilk tanışlığı 2013-cü ildə gerçəkləşib. U-17 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyaya səfərdə 0:1 hesabı ilə uduzduğu oyunda Kabakov ehtiyat hakim olub.

O, 2019-cu ilin martında əsas yığmanın Xorvatiya ilə səfər qarşılaşmasını idarə edib. Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşündə Ramil Şeydayev 19-cu dəqiqədə hesabı açsa da, komanda meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Hazırda “Qarabağ”ın kapitanı olan Maksim Medvedev həmin oyunda sarı vərəqə ilə cəzalanıb.

Georgi Kabakov iki dəfə də “Qarabağ”ın avrokubok görüşündə iş başında olub. Millilərdən fərqli, onun idarəçiliyi Ağdam klubu üçün düşərli olub. Qurban Qurbanovun kollektivi 2015/2016 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”a Monteneqroda 1:0 hesabı ilə qalib gələrək, yoluna davam edib. Qalibiyyət topuna 57-ci dəqiqədə Reynaldo imza atıb.

Kabakovun “Qarabağ”la yolu cari mövsüm Avropa Liqasının pley-offunda da kəsişib. Təmsilçimiz Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə üstələyərək, qrup mərhələsinə adlayıb. Kevin Medina və Leandro Andrade birinci hissədə fərqləniblər. Ağdam təmsilçisinin heyətində Julio Romao isə sarı vərəqə alıb.

Ümumiyyətlə, 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.

Futbol
“Qəbələ”nin braziliyalı futbolçusu: “Qarabağ”la oyunlar həlledici oldu”

“Qəbələ”nin braziliyalı futbolçusu: “Qarabağ”la oyunlar həlledici oldu”

Futbol
"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Futbol
"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

Futbol
Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Qvardiol “RB Leypsiq”lə müqaviləni uzadıb

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"

Emin Mahmudov: "Millidəyiksə, hər matça qələbə üçün çıxmalıyıq"