Azərbaycan millisinin baş məşqçisi: “Dörd idman növündə oynamağım unikal göstərici deyil”

Azərbaycan millisinin baş məşqçisi: “Dörd idman növündə oynamağım unikal göstərici deyil”

Dörd idman növündə oynamağım unikal göstərici deyil.

Bunu “QELEBE.AZ”a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov deyib.

Futbol, futzal və çimərlik futbolunda çıxış etmiş 44 yaşlı mütəxəssis bu günlərdə minifutbol üzrə Azərbaycan çempionatında mübarizə aparan “İnter” komandası ilə anlaşıb. O, hər bir növün özünəməxsus tələblərinin olduğunu söyləyib: “Birini qumda, birini zalda, birini ot üzərində oynayırsan. Məncə, ən çətini çimərlik futboludur. Çünki torpaq üzərində topla oynamaq üçün həm fiziki, həm də texniki cəhətdən ikiqat güc sərf edirsən. Hamısında oynamağımı qeyri-adi hadisə saymıram”.

Zeynal Zeynalov digər üç növ üzrə millilərdə çıxış etməsinə baxmayaraq, minifutbol yığmasında oynamaq fikrində olmadığını bildirib: “İnter”də çıxış edənlərin hamısı Azərbaycan futbol millisinin sabiq üzvləridir. Onlardan təklif gəldi, mən də qəbul etdim. Əslində bu, peşəkar futbola qayıdış deyil. Əsas işim çimərlik futbolu üzrə yığmanın baş məşqçiliyidir. Hava şəraiti ilə əlaqədar milli hələ toplaşmır. Minifutbolda isə hər gün məşq olmur ki, bütün günümü bura həsr etmək məcburiyyətində qalım”.

Qeyd edək ki, “İnter” 9 turdan sonra minifutbol üzrə Azərbaycan çempionatında 16 xalla 8-ci pillədə qərarlaşıb.

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

Futbol
Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"