Rimas Kurtinaytis: "Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub"

Rimas Kurtinaytis: "Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub"

"Azərbaycan, Bakı ilə bağlı həmişə ən xoş xatirələrim olub".

Bunu “Sabah” klubunun yeni baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi”yə 96:71 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Litvalı mütəxəssis yenidən Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib: "Məşqçi karyeramda böyük fasilə yaranmışdı. "Sabah"dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib".

63 yaşlı çalışdırıcı keçmiş yetirmələrindən bəzilərinin hələ də oynamasına sevindiyini söyləyib: "Fuad Niftəliyev və Zaur Paşayevin hələ də karyeralarını davam etdirdiklərini görməkdən şadam. Mən özüm 41 yaşımda karyeramı başa vurmuşam. Bu cür basketbolçularla yenidən birlikdə çalışmaqdan məmnunam".

Rimas Kurtinaytis Azərbaycan basketbolunun inkişafına töhfə verməyə çalışacağını sözlərinə əlavə edib: "İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir. Yalnız azarkeş sayının azlığına təəssüflənirəm. "Qala"nın dönəmində oyunlara daha çox tamaşaçı gəlirdi. Düşünürəm ki, azarkeşləri tribunalara cəlb etməyin üzərində çalışmalıyıq".

O, sabiq yetirməsi Tahir Baxşıyevin Azərbaycan millisinin baş məşqçisi olmasına da münasibət bildirib: "Tahirlə noyabrda Litvada görüşmüşdüm. Onun millinin baş məşqçisi olmasına şadam. Yaxşı məşqçi olub-olmayacağını isə zaman göstərəcək".

"Sabah"ın baş məşqçisi komandanın gələcək hədəflərindən də bəhs edib: "Avrokuboklarda hədəf daha yüksək olmalıdır. Çempionlar Liqasında iştirak etmək istəyirik. FİBA Avropa Liqasına hörmətsizlik kimi çıxmasın, Çempionlar Liqası daha nüfuzlu turnirdir".

Təcrübəli mütəxəssis ötən illər ərzində Azərbaycan basketbolunda həm eniş, həm də yüksəliş yaşandığını deyib: "2000-ci illərdə Azərbaycan basketbolunda inkişaf başladı. "Qala" ilə avrokuboklarda iştirak etdik. Sonra hansısa səbəbdən eniş yaşandı. Beynəlxalq yarışlarda Azərbaycan komandalarını görə bilmirdik. Hazırda isə Azərbaycan basketbolunda ikinci dalğa yaşanır. Ümid edirəm ki, bu, davamlı, uzunmüddətli layihə olacaq".

Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan milli komandasının və “Qala” klubunun baş məşqçisi olub.

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib