Azərbaycan Futzal Federasiyasının rəsmisi: “UEFA-nın son qərarı bizim üçün gözlənilməz oldu”

Azərbaycan Futzal Federasiyasının rəsmisi: “UEFA-nın son qərarı bizim üçün gözlənilməz oldu”

“UEFA-nın son qərarı bizim üçün gözlənilməz oldu”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının (AFF) mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin UEFA tərəfindən ləğv edilməsi və millimizə texniki məğlubiyyət verilməsi ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi bildirib ki, DÇ-2024-ün elit mərhələsinin oyunları zamanı bu cür qərarlar çoxluq təşkil edib: “Məsələn, E qrupunda 7 matçın, yer aldığımız qrupda isə bizə qədər 2 belə görüşün nəticəsi ləğv edilmişdi”.

M.Məmmədov Rumıniya ilə qarşılaşmaya görə verilən texniki məğlubiyyətin anlaşılmaz olduğunu sözlərinə əlavə edib: “Rumıniya ilə görüşdə iştirak edən Amadeu 2013-cü, Rafael Vilela isə 2017-ci ildən Azərbaycan millisinin heyətində çıxış edirlər. Rumıniya ilə matça qədər onlar dəfələrlə Avropa və dünya çempionatının seçmə, eləcə də final mərhələlərində iştirak ediblər. UEFA-nın bu illər ərzində heç bir reaksiya verməməsi, əksinə, cari seçmə mərhələdə bu qədər oyunun nəticəsini ləğv etməsi anlaşılmazdır”.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya (5:5) matçının nəticəsini ləğv edərək, komandamıza 0:5 hesablı texniki məğlubiyyət verib. Qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunub.

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

Futbol
Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Futbol
Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında iki turun oyun cədvəli bəlli olub

Futbol
İsnik Alimi: “Premyer Liqada “Neftçi”yə çata bilərik” - MÜSAHİBƏ

İsnik Alimi: “Premyer Liqada “Neftçi”yə çata bilərik” - MÜSAHİBƏ

Futbol
İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

İntizam Komitəsi "Səbail" klubunu cərimələyib

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb