"Sərhədçi"nin baş məşqçisi: "Bizim oyunlar final əhəmiyyəti daşıyır"

"Sərhədçi"nin baş məşqçisi: "Bizim oyunlar final əhəmiyyəti daşıyır"

“Bizim oyunlar final əhəmiyyəti daşıyır. Hər matça son qarşılaşma kimi hazırlanırıq".

"Report"un məlumatına görə, bunları “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XI turunda “Şəki”ni 112:82 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Türkiyəli mütəxəssis “Şəki”nin basketbola yeni qədəm qoyan şəhər komandası olduğunu bildirib: "Federasiya ilə birlikdə yaxşı işlər görürlər, çalışırlar. Düzdür, bir az uğursuz matçlar keçirirlər, oyunları şanssız olur. Ümid edirəm, gələcəkdə daha yaxşı oyun göstərəcəklər, gözəl oyunları ilə hər kəsi sevindirəcəklər. Onlara uğurlar arzulayıram.

Matça gəlincə, başlanğıc templi oldu. Hərəkətli oyun idi. Təkbətək təzyiq etdik, rəqib qısa zonada daha yaxşı olmağa çalışırdı. Bizim oyunçular bu həftə öndə daha sıx oynamağı məşq etdiyinə görə nəticə oldu. Çox top aldıq, sürətli hücumlarımız oldu, ikinci şansa çox şərait yaratmadıq. İstər hücumda, istərsə də müdafiə olunarkən yaxşı oynadıq. İlk hissədə nəticəni aldıq.

Zədəsiz qələbə əldə etdik. Rəqibin çox atış etməsinə mane olduq. Bundan sonrakı matçlara hazırlaşacağıq”.

"Şəki"nin "sükanı arxasında" olan Aleks Uco oyuna pis başlamadıqlarını söyləyib: "Amma sonradan müdafiədə yaxşı oynaya bilmədik. Çoxlu səhvlər buraxdıq və rəqib böyük fərq yaratdı. Halbuki son 20 dəqiqə bizim üçün pis keçməmişdi. Bizim əsas oyunçumuz zədəlidir və oyunu buraxırdı. Onun yoxluğu təsirsiz ötüşmədi. Yeni komandamız var. Ümid edirəm, vəziyyətdən çıxa biləcəyik".

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb