Azərbaycan qılıncoynadanı Qran-pridə hakim idarəçiliyindən narazı qalıb

Azərbaycan qılıncoynadanı Qran-pridə hakim idarəçiliyindən narazı qalıb

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisinin üzvü Anna Başta Tunisdə keçirilən Qran-pridə hakim idarəçiliyindən narazı qalıb.

Bu barədə "QELEBE.AZ"a 27 yaşlı idmançı açıqlama verib.

O, macar Luca Szucsa (14:15) "16-lığ"a yüksəlmək uğrunda keçirilən görüşdə uduzması barədə danışıb: "Komanda yoldaşlarım, məşqçim mənə çox dəstək olurdular. Son zərbəni vurdum. Artıq hamı qələbəyə sevinirdi, hər şey əla idi. Sonra isə hakim qaydalara əsasən, hesab 14:14 olduğuna görə videotəkrara baxmalıdır. O, rəqibin lehinə qərar verdi. Macarlar birdən sevinməyə başladılar. Baxmayaraq ki, bundan əvvəl çox əsəbi idilər. Bu yarışı izləyənlər, digər yığmaların nümayəndələri - hər kəs xalın mənə verilməli olduğunu bildirdilər. Bütün komanda yoldaşlarım da mənə görə üzgün idilər".

A.Başta qərara məşqçisinin də təəccübləndiyini söyləyib: "Çünki bundan əvvəl yüksək kateqoriyaya malik referinin yaxşı olduğunu düşünmüşdülər. Amma məlum oldu ki, belə deyil. Olimpiadaya təsnifat xarakterli üç Qran-primiz var idi. Artıq hamısı bitib. Onlar şəxsi yarış üçün vacibdir. Seulda ilk "4-lüy"ə düşmək alınmadı. Digər turnirdə Fransadan olan Sesiliya Berderin taktikasına görə yenildim. Orada heç bir sual yox idi. İndi isə daha yaxşı formadayam".

2022-ci ildə Avropa çempionu olan təcrübəli qılıncoynadan Tunisdə üzləşdiklərinin onlara böyük zərbə olduğunu sözlərinə əlavə edib: "Artıq bunu unutmalıyıq. Bir neçə günlük fasiləmiz olacaq və ardınca toplanışa gedəcəyik. Videoları izləyəcəyik və görüşlərimizi təhlil edəcəyik".

İdmançı Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq ehtimalına da toxunub: "Qarşıda bizi çox çətin döyüşlər gözləyir. Növbəti turnirdə ən azı "səkkizliy"ə düşməliyik. Şanslarımız var. Hamı olimpiadaya getmək istəyir və bunun üçün həvəslidir. Qatılacağım son üç yarış da lisenziya xarakterlidir. Nəticənin necə olacağını görəcəyik. Komanda şəklində də vəsiqə qazanmaq şansımız var".

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Fərdi
AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

Fərdi
MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

Fərdi
Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub