Azərbaycan millisinin baş məşqçisi: "Voleybolçular əllərindən gələni edirdilər"

Azərbaycan millisinin baş məşqçisi: "Voleybolçular əllərindən gələni edirdilər"

"Oyunçular əllərindən gələni edirdilər".

Bunu "QELEBE.AZ"a açıqlamasında 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Səbuhi Əliyev Polşada keçirilmiş Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Bütün komandalar güclü idi. Bizim yığmamız da yaxşı mübarizə apardı. Hətta EEVZA-nın prezidenti vurğuladı ki, Azərbaycan birinci dəfədir ki, belə yaxşı komanda gətirib".

Baş məşqçi bütün görüşlərdə 0:3 hesabı ilə uduzduqlarını xatırladıb: "Biz də qalib gəlmək istəyirdik. Bu turnir böyük təcrübə oldu. Bu yaş qrupları üzrə çox yarış keçirilməlidir. Voleybolçular turnirlərdə böyük təcrübə toplayırlar. Hər matçdan sonra müzakirə edirdik, ortaya çıxan səhvləri aradan qaldırmağa çalışırdıq ki, növbəti görüşlərdə səhvlərə yola verilməsin. Bu uşaqların yaxın zamanlarda millinin heyətində daha yaxşı çıxış edəcəklərinə inanırıq. Növbəti turnirlərdə daha yaxşı çıxış edəcəyik. İdmanda qalibiyyət və yenilgi də var. Çalışacağıq ki, komandamız məğlubiyyətlə üzləşməsin".

Qeyd edək ki, U-20 yarışda Polşa, Ukrayna, Estoniya və Latviyaya uduzub.

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsilib

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub