"Qarabağ"ın qapıçısı: "Əziyyətimin hədər getməməsi məni sevindirir"

"Qarabağ"ın qapıçısı: "Əziyyətimin hədər getməməsi məni sevindirir"

"Əziyyətimin hədər getməməsi məni sevindirir".

"Report" xəbər verir ki, bunu "Matç TV"yə açıqlamasında "Qarabağ"ın futbolçusu Andrey Lunyov deyib.

Ağdam təmsilçisinin rusiyalı qolkiperi 2023-cü ilin onun üçün çox pis başladığını bildirib: "İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim".

32 yaşlı qolkiper öz çıxışını dəyərləndirib: "Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə "4+" qiymətini verərdim".

Lunyov 2024-cü ildən gözləntilərini də açıqlayıb: "Qarşıma konkret hədəf qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum məşq edəcəm. Əsas odur ki, zədə olmasın".

Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu 2023-cü ilin avqustunda Almaniyanın "Bayer 04" klubundan 1 illik icarəyə götürüb.

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Dennis Appia: "Qarabağ"a qarşı məğlubiyyət boğazımda düyünlənib"

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb