Andrey Lunyov: “Ünsiyyət baxımından “Qarabağ” “Bayer 04”dən daha rahatdır”

Andrey Lunyov: “Ünsiyyət baxımından “Qarabağ” “Bayer 04”dən daha rahatdır”

“Ünsiyyət baxımından “Qarabağ” “Bayer 04”dən daha rahatdır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Andrey Lunyov “RB Sport” nəşrinə müsahibəsində deyib.

Rusiyalı qapıçı mövsümün əvvəlində keçdiyi “Qarabağ”a çox tez uyğunlaşdığını bildirib: “Qarabağ”da uyğunlaşma dönəmim çoxdan geridə qalıb. Burada insanlar rus dilini bilirlər. Bu məqam gündəlik həyatda işimi asanlaşdırır. İlk vaxtlar yerli sürücülük tərzinə uyğunlaşmaq çətin idi. Misirdəki kimi insanlar daim siqnal verir, avtomobili istədikləri kimi sürürlər”.

UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə keçirilən oyunda zədələnən 32 yaşlı qolkiper problemin ciddi olmadığını bildirib: “Bayer 04”lə oyunda rəqibin futbolçusu ilə toqquşmadan sonra zədələndim. Ancaq bu, kritik deyil, oynamağa imkan verir. Ümid edirəm ki, tətil faydalı olacaq və diz stress olmadan daha tez sağalacaq. Düşünürəm ki, formamı bərpa edə bilmişəm. Bundan sonra onu inkişaf etdirməyə çalışacağam”.

Rusiya millisinin üzvü sabiq komandası “Bayer 04”də işlərinin yolunda getmədiyini etiraf edib: “Burada yeni səhifə açmışam, mənim üçün yeni mərhələ başlayıb. İndi itirilənləri qaytarmaq lazımdır. İstənilən halda iki il oynamamaq asan deyil. Əsas odur ki, zədələr təkrarlanmır. “Bayer 04”dəki karyeram ümidlərimi doğrultmayan, arzularımın reallaşmadığı bir dövr oldu. İndi həyatımın başqa mərhələsindəyəm. Əlimdə olanlardan maksimum yararlanmağa çalışıram”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
Canni De Byazi: "Azərbaycanda özümü çox yaxşı hiss edirəm"

Canni De Byazi: "Azərbaycanda özümü çox yaxşı hiss edirəm"

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Futbol
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Futbol
Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib

"Frayburq" "Qarabağ"la oyundan əvvəl futbolçusunu icarəyə verib