Azərbaycan millisinin rusiyalı baş məşqçisi: "Bu təyinat mənim üçün xoş sürpriz oldu"

Azərbaycan millisinin rusiyalı baş məşqçisi: "Bu təyinat mənim üçün xoş sürpriz oldu"

"Bu, mənim üçün gözlənilməz, eyni zamanda xoş bir sürpriz oldu. Həm də çox böyük məsuliyyətdir".

Bunu "QELEBE.AZ"a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunan Maxtı Makkayev deyib.

Rusiyalı mütəxəssis daha yaxşı nəticə qazanmaq üçün təcrübəsindən, bilik və bacarığından istifadə edəcəyini söyləyib: "Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Azərbaycan ağırlıqqaldıranları dünya və Avropa çempionatlarında yüksək nəticə qazanıblar. Bir-bir adlar açıqlamaq istəmirəm, dünya və Avropa çempionu olanlar var. Biz də hazırkı milli komanda ilə əvvəlki nəticələri təkrarlamağa çalışacağıq. Bu yığmanın gənc üzvləri də pis çıxış etmirlər, yavaş-yavaş böyüyür, inkişaf edirlər. İnanıram ki, onların arasından da dünya və Avropa çempionları çıxacaq. İndi Sofiya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Ümid edirəm, orada yaxşı nəticələrimiz olar".

Maxtı Makkayev 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak etmək istədiklərini sözlərinə əlavə edib: "Bunun həyata keçməsi üçün qitə çempionatında lisenziya qazanmalıyıq. Başqa lisenziya xarakterli turnirlər də olacaq. Üç çəki dərəcəsində bunu bacara bilərik. Bunlar Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəylidir (+102 kq). Əlbəttə, istərdik hər üçü qarşıya qoyulan hədəfin öhdəsindən gəlsin. Amma bir nəfər lisenziya qazansa, bunun özü belə böyük uğurdur. Çünki ölkə olaraq ağırlıqqaldırmada təmsil olunacağıq. Növbəti olimpiya tsikli ilə bağlı hədəflər isə fərqlidir. 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında artıq medal qazanmağa çalışacağıq. Allahın köməyi ilə etimadı doğruldarıq".

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Fərdi
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib