Azərbaycan Premyer Liqası: qol sayında qonaqlar və əcnəbilər üstündürlər - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: qol sayında qonaqlar və əcnəbilər üstündürlər - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında keçirilən 90 oyunda ümumilikdə 221 qol vurulub.

“Report”un araşdırmasına görə, orta hesabla hər matçda 2,45 qol qeydə alınıb.

221 qoldan 6-sı avtoqol kimi qeydə alınıb. Ən çox “Sabah” öz futbolçularının tərs zərbəsinə üzülüb. Bakı klubunun buraxdığı 22 qoldan 3-ü öz oyunçularının passivindədir. “Araz-Naxçıvan”, “Qəbələ” və “Səbail” isə bir avtoqola məyus olub.

Mövsümün geridə qalan hissəsində qonaqlar ev sahiblərindən daha çox qol vurublar. Təsadüfi deyil ki, oyunlar zamanı ev sahibi komandalar 104 dəfə rəqib qapıçıları topu tordan çıxarmağa məcbur etsələr də, özləri 117 dəfə meydanın mərkəzinə dəvət olunublar.

İlk iki dövrədə ən çox qol X və XVI turlarda qeydə alınıb. Hər iki turda baş tutan 5 görüşdə qapılara ümumilikdə 19 top vurulub. Dörd tur isə məhsuldarlıq baxımından kasad olub. Belə ki, II, IX, XIV və XVIII turların hər birində 9 qol qeydə alınıb. Meydan sahibləri üçün ən məhsuldar həftə XVII turdur. Birinci dövrənin son turundakı 10 qoldan 9-na məhz ev sahibləri imza atıblar. Qonaqlar isə X, XII, XIII və XVI turların hər birində 11 qolun sevincini yaşayıblar.

VIII, XIII və XIV turlarda ev sahibi klublar ümumilikdə 3 dəfə rəqibləri meydanın mərkəzinə dəvət ediblər. İki fərqli turda (II, XVII) isə 5 qonaq komandadan yalnız biri 1 qol vurub.

Premyer Liqa kublarının baş məşqçiləri əsasən əcnəbi ön xətt oyunçularına etibar edirlər. Bu, statistikada da aşkar görünür. Təsadüfi deyil ki, 221 qoldan 156-sı əcnəbilərin hesabındadır. Bu da ümumi qolların 70 faizi deməkdir. Yerli oyunçular isə 59 qola seviniblər. Milliləşdirilənlər də bu siyahıya daxildirlər. Bombardirlər yarışında da 6 və daha çox qol vuran futbolçuların hamısı xarici ölkə vətəndaşlarıdır.

90 qarşılaşmada 21 müxtəlif hesab qeydə alınıb. Azarkeşlər ən çox 1:0 hesabına şahidlik ediblər. 15 görüşdə meydan sahibləri vurduqları yeganə qolla qalib gəliblər. 0:1 və 1:1 hesablarına 9 dəfə rast gəlinib. Bundan başqa, matçların yeddisində 2:0, altısında 0:0, 1:2, 2:2, beşində 2:1, dördündə 0:2, 0:3, üçündə 3:1, 3:0, 4:0, ikisində 1:4, 5:0, birində isə 3:2, 1:3, 2:3, 2:4, 1:6 və 7:1 hesabları olub.

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
Şenol Güneş yenidən "Beşiktaş"ın baş məşqçisi ola bilər

Şenol Güneş yenidən "Beşiktaş"ın baş məşqçisi ola bilər

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Messi dünya rekordunu təkrarlayıb

Messi dünya rekordunu təkrarlayıb

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

Futbol
“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

“Qarabağ” Şahrudin Məhəmmədəliyevin müqaviləsini uzadıb

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"