Azərbaycanda VII Uşaq Paralimpiya İdman Oyunları başlayıb

Azərbaycanda VII Uşaq Paralimpiya İdman Oyunları başlayıb

Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı ilə Paralimpiya İdman Kompleksində VII Uşaq Paralimpiya İdman Oyunları başlayıb.

“Report”un yerli bürosunun məlumatına görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökumət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından bəhs ediblər. Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən, paralimpiyanın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançıların tarixi qələbələr əldə etdikləri vurğulanıb. Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub. Keçirilən VII Uşaq Paralimpiya İdman Oyunlarının ölkədə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb, iştirakçılara uğurlar arzu edilib.

Qeyd edək ki, oyunlarda 120 uşaq paralimpiyaçı iştirak edir. Onlar 5 idman növü (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, para-pauerliftinq) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparırlar. Yarışın keçirilməsində əsas məqsəd 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb edilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və paralimpiya idman növlərində çıxış edən peşəkar idmançılar yetişdirməkdir.

Fərdi
Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq

Serbiya yığması kütləvi yoluxma səbəbindən Bakıdakı Dünya Kubokuna qatılmayacaq

Fərdi
“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Azərbaycanı olimpiadada təmsil etmiş fiqurlu konkisürən karyerasını bitirib

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb