Xankəndidə bütövləşən Azərbaycan futbolu - ŞƏRH

Xankəndidə bütövləşən Azərbaycan futbolu - ŞƏRH

Dekabrın 21-i Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. İşğaldan azad edilən Xankəndi şəhərində tarixi hadisənin şahidi olduq. “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-i sınağa çəkdi. Ağdam təmsilçisinin rəqibinin Mərkəzi Ordu İdman Klubu olması qarşılaşmaya xüsusi anlam və rəng qatdı.

Ümumiyyətlə, bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun oldu. 1993-cü ilin mayında “Qarabağ” ilə “Turan” (Tovuz) Ağdamın “İmarət” stadionunda qarşılaşmış, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Yaşar Hüseynovun qolu oyunda yeganə olmuşdu. Bu matçdan cəmi 2 ay sonra Ağdam işğal olunduğundan, “Qarabağ” rəqiblərini Mingəçevir, Sumqayıt və Bakıda qəbul etmək məcburiyyətində qaldı. 2009 və 2010-cu illərdə isə “köhlən atlar” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın Quzanlı qəsəbəsində keçirdi...

Xankəndi şəhər stadionu simasını tam dəyişmiş, gözəlləşmişdi. Separatçıların dönəmindən qalma köhnə oturacaqlar və digər avadanlıqlar sökülərək yenilənmiş, yeni qaçış zolağı salınmış, qapının arxasındakı tribunalardan birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərinə isə "Xankəndi" sözləri yazılmışdı. Bu tarixi qarşılaşmaya təyinat alanların siyahısı da zərgər dəqiqliyi ilə müəyyənləşdirilmişdi. Belə ki, baş hakim Əli Əliyev, dördüncü hakim funksiyasını yerinə yetirən Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olublar. Matçın hakim-inspektoru Munis Abdullayev isə vaxtilə Xankəndinin "Qarabağ" komandasında oynayıb. Bir sözlə, oyunun təşkilatçılığı ilə bağlı hər detal nəzərə alınmışdı.

Ali Baş Komandan İlham Əliyevin stadiona təşrif buyurması və çıxış etməsi, tezliklə “İmarət” stadionunun tikintisinə başlanılacağının anonsunu verməsi, meydana çıxıb futbolçular və hakimlərlə bir-bir görüşməsi, onlarla xatirə fotosu çəkdirməsi, topa ilk toxunuşu etməsi tribunalarda əyləşənlərin gurultulu alqışları ilə müşayiət olundu. Cənab Prezidentin qarşılaşmanı şəhid övladları ilə birgə izləməsi də gözəl və anlamlı görüntü idi. Ümumiyyətlə, dekabrın 21-də tribunalarda futbol ictimaiyyətinin əksər tanınmış nümayəndələri yer almışdılar. Azərbaycan futbolu uzun illərdən sonra məhz Xankədidə birləşdi, bütövləşdi.

Bütün bunların fonunda meydanda yaşananlar arxa plana keçdi. Görüşün favoriti olan “Qarabağ” uzatma dəqiqələrində fərqlənməklə 1/4 finala vəsiqə qazandı. Əslində isə bu oyunda kimin qalib gəlməsi o qədər də önəmli deyildi. Vacib olan Azərbaycan futbolunun Qarabağ torpağına ayaq açması, arealının daha da genişlənməsi idi. Etiraf edək ki, futbol bayramı baş tutdu! Buna görə təşkilatçılar alqışı haqq edirlər. Maraq üçün onu da bildirək ki, qarşılaşmanı 4590 azarkeş izləyib. Bu isə Azərbaycan Kubokunun 1/8 final mərhələsində ən çox tamaşaçı olan oyundur.

Azərbaycanın dilbər guşəsində böyük idman qurğusunun olduğunu hər kəs gördü. 12 min tamaşaçı tutumuna malik Xankəndi şəhər stadionunun da dövlətin dəstəyi ilə ən müasir standartlara uyğun vəziyyətə gətiriləcəyi şübhə doğurmur. Çünki artıq bu prosesə başlanılıb. Növbəti addım isə Xankəndini təmsil edəcək peşəkar klubun yaradılması olardı. Xankəndinin Azərbaycan futbol ailəsinə inteqrasiyası vacib və qaçılmazdır.

Futbol
"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

Futbol
"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

Futbol
Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Futbol
İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

Futbol
Canni De Byazi: “Ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”

Canni De Byazi: “Ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”