AFFA-nın texniki direktoru: “Braqa” "Qarabağ"a münasib rəqibdir”

AFFA-nın texniki direktoru: “Braqa” "Qarabağ"a münasib rəqibdir”

“Braqa” “Qarabağ”a münasib rəqibdir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Cahangir Həsənzadə Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” önündə şansları barədə danışarkən deyib.

AFFA-nın texniki direktorunun fikrincə, rəqibin müdafiə xəttində boşluqlar var: “Braqa” oyun üslubuna görə “Qarabağ”a yaxın komandadır. Hücumameyilli futbol sərgiləyirlər, çox sürətlə irəli çıxırlar. Çox qol vurmağı bacaran, eyni zamanda, çox qol buraxan komandadır. Elə buna görə Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazana bilmədilər. Çempionlar Liqasından gələnlərin hər biri kifayət qədər güclüdür. Bu mərhələdə zəif komanda anlayışı yoxdur. “Qarabağ”a çox çətin olacaq. Amma Azərbaycan təmsilçisi öz dəst-xəttini tuta bilib. İstənilən rəqibə qarşı yüksək səviyyədə oyun sərgiləyə bilir”.

44 yaşlı sabiq qapıçı qış toplanışından çox şeyin asılı olacağını hesab edir: “Ümid edirəm ki, “Qarabağ” pley-off səddini də keçər. Ancaq bunlar növbəti ilin məsələsidir. İndidən nəsə demək çox çətindir. Qış hazırlıq dövrü var. Kimsə zədələnə, komandalardan biri matça optimal heyətlə çıxmaya bilər. Hazırkı durum odur ki, “Qarabağ” layiq olduğu şəkildə pley-offdadır. Rəqib də “dişinə görə"dir. Təmsilçimizdən keyfiyyətli oyun gözləyəcəyik”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
İngiltərə yığmasının futbolçusu tarixə düşüb

İngiltərə yığmasının futbolçusu tarixə düşüb

Futbol
“Sumqayıt” braziliyalı futbolçu transfer edib

“Sumqayıt” braziliyalı futbolçu transfer edib

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qarabağ” "Monako"nun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

Futbol
"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Laurentsiu Regekampf: "Bu oyuna xüsusi hazırlaşmışdıq"

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib