Azərbaycan taekvondo millisinin baş məşqçisi: "Ümid edirəm ki, olimpiadada bu uğuru təkrarlayacağıq"

Azərbaycan taekvondo millisinin baş məşqçisi: "Ümid edirəm ki, olimpiadada bu uğuru təkrarlayacağıq"

"Ümid edirəm ki, olimpiadada bu uğuru təkrarlayacağıq".

"Report" xəbər verir ki, bunu kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev Qaşım Maqomedovun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

Mütəxəssis 58 kq çəkidə mübarizə aparan milli üzvünün Çinin Usi şəhərində olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasındakı uğurundan söz açıb: "İdmançımızın hər iki seriyanın qalibi olması çox sevindirici haldır. İlk seriyada finala vəsiqə qazanmaq üçün 4 döyüşün hamısında qalib gəldi. Bizim üçün mühüm olan növbəti yarış idi. Çünki orada qalib gəlsəydi, olimpiadaya lisenziya əldə edəcəkdi. Qaşım həqiqətən növbəti turnir üçün toparlandı və ölkəmizi layiqincə təmsil etdi. O, həmin çəkidə Bakıdakı dünya çempionatında məğlub olduğu Çin idmançısına, sonuncu Qran-prinin qalibi olan İran təmsilçisinə və finalda öz çəkisindəki sonuncu dünya çempionuna qalib gəldi. Bu da bizi sevindirir".

Abdullayev idmançının vaxtından əvvəl lisenziyanı təmin etdiyini söyləyib: "Martdakı lisenziya turnirinə hazırlaşacaqdıq. Artıq taekvondoçuya 10 gün istirahət verəcəyik, sonra məşqlərə qayıdacaq. Digər idmançılar arasında lisenziya yarışı üçün seçim edəcəyik".

Baş məşqçi Paris-2024 ilə bağlı proqnoz verməyib: "Olimpiadada neçə idmançı ilə təmsil olunacağımızı demək istəmirəm. Maksimum sayda lisenziya qazanmağa çalışacağıq".

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

"Formula 1": Monako Qran-prisi ilə müqavilə yenilənib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib