Bolqarıstanın gənclər və idman naziri ATF rəsmiləri ilə görüşüb

Bolqarıstanın gənclər və idman naziri ATF rəsmiləri ilə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Azərbaycan Tennis Federasiyasının (ATF) rəsmiləri ilə görüşüb.

ATF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumun vitse-prezidenti Mehman Qocayev bolqarıstanlı nazirə federasiyanın və Bakı Tennis Akademiyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

O, həmçinin ölkə başçısı İlham Əliyevin idmana diqqət və qayğısından bəhs edib. Qonaq akademiyadakı tennis və padel tennis kortları, mütəxəssislər, infrastruktur imkanları, gənclərin tennisə marağının artması üçün keçirilən layihələr barədə məlumatlandırılıb.

Tanışlıq çərçivəsində gənclər və idman naziri Azərbaycanda çalışan təcrübəli bolqarıstanlı tennis məşqçisi Vasko Mladenovla da görüşüb və ona işində uğurlar arzulayıb. Sonda Dimitar İliev Bakı Tennis Akademiyasında fəaliyyət göstərən fitnes zalı, minifutbol meydançası və üzgüçülük hovuzu ilə də tanış olub.

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş