"Jirona"nın baş məşqçisi "Barselona" üzərində qələbəni şərh edib: “Xoşbəxtik”

"Jirona"nın baş məşqçisi "Barselona" üzərində qələbəni şərh edib: “Xoşbəxtik”

İspaniyanın futbol klubu "Jirona"nın baş məşqçisi Mişel komandasının "Barselona" ilə oyunda (4:2) qələbəsini şərh edib.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

“Biz xoşbəxtik. Bu möhtəşəm “Barselona”dır. İlk hissədə onların üstünlüyü ilə bağlı qaldıq, lakin fasilədən sonra topa yaxşı nəzarət etdik. Onların da, bizim də şanslarımız oldu, amma biz daha dəqiq idik. Oyunun tempi çox yüksək idi, bizim üçün çətin idi, amma əhval-ruhiyyəmiz çox yaxşı idi.

La Liqada 100-cü oyunumu keçirdiyim və “Barselona” üzərində ilk qələbəmi qazandığım üçün çox şadam. Xüsusilə birinci hissədə böyük çətinliklər gözləyirdik, amma komandamın ruhu var - inanırıq ki, biz çox şeyə qadirik. İlk məqsəd özümüzü aşağı liqaya düşməkdən qorumaqdır. İndi biz Avropada oynamaq istəyirik və mümkün olan hər şeyi etməyə çalışacağıq”, - Mişel deyib.

Qeyd edək ki, futbol üzrə İspaniya çempionatında 16-cı turun növbəti oyununda “Barselona” bu mövsüm inamlı mübarizə aparan "Jirona"nı qəbul edib. Ümumilikdə altı qolun vurulduğu matçda qonaqlar 4:2 hesabı ilə qalib gəliblər. Meydan sahiblərinin heyətində Robert Levandovski ilə İlkay Gündoğan, "Jirona"da isə qolların müəllifləri Artem Dovbik, Migel Qutierres, Valeri Fernandes və Kristian Stuani olub.

Bu qələbədən sonra "Jirona" turnir cədvəlində 41 xalla liderdir. "Real" 39 xalla ikinci, bir oyun az keçirən "Atletiko" 34 xalla üçüncü və eyni xala sahib "Barselona" dördüncüdür.

Futbol
"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

Futbol
"Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Futbol
Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"