Avropa Liqası: “Qarabağ” “Molde” ilə heç-heçə edərək, Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib - YENİLƏNİB-6

Avropa Liqası: “Qarabağ” “Molde” ilə heç-heçə edərək, Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib - YENİLƏNİB-6

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.

“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.

01:55

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 2:2.

90+5-ci dəqiqədə Bəhlul Mustafazadə fərqlənib.

01:48

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri yenidən fərqləniblər.

Moldenin eyniadlı komandasının heyətində 87-ci dəqiqədə Kristian Eriksen dubla imza atıb. Bununla “Molde” 2:1 hesabı ilə önə keçib.

01:44

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci qol vurulub.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri hesabı bərabərləşdiriblər.

Moldenin eyniadlı komandasının heyətində 82-ci dəqiqədə Kristian Eriksen fərqlənib.

01:07

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda fasilə başa çatıb.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada ikinci hissə başlayıb.

İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.

00:50

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda birinci hissə başa çatıb.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.

00:13

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.

Qonaq komandanın heyətində 12-ci dəqiqədə Juninyo fərqlənib.

00:00

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.

Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

22:52

UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Report"un Norveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa

Baş məşqçi: Erlinq Moe

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç,66. Patrik Andrade 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"