İngiltərə Premyer Liqası: “Aston Villa” “Tottenhem”i məğlub edərək ilk dördlüyə girib

İngiltərə Premyer Liqası: “Aston Villa” “Tottenhem”i məğlub edərək ilk dördlüyə girib

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində Londonun “Tottenhem”i Birminhemin “Aston Villa”sını qəbul edib.

“Report” xəbərə verir ki, oyunu Robert Consun rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 22-ci dəqiqədə vurulub: londonluların argentinalı yarımmüdafiəçisi Covani Lo Çelso fərqlənib. “Aston Villa” birinci yarının sonunda status-kvonu bərpa edib: 52-ci dəqiqədə Pau Torres topu tora göndərib. Qonaq komandanın qələbə qolunu isə 61-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Olli Uotkins vurub.

Bu qələbədən sonra “aslanlar” 28 xala malikdirlər. Unai Emerinin yetirmələri turnir cədvəlində “mahmızlar”ı (26 xal) ötərək dördüncü pilləyə yüksəliblər.

Xatırladaq ki, ötən gün çempionatın favoritləri – “Mançester Siti” və “Liverpul” arasındakı qarşılaşmada qalib müəyyən edilməyib. Hazırda turnir cədvəlinə “Arsenal” (30) başçılıq edir. Mikel Artetanın komandası “Mançester Siti” – “Liverpul” matçındakı xal itkilərindən faydalanaraq zirvəyə yüksəlib. “Topçular”ı “şəhərlilər” (29) və “qırmızılar” (28) təqib edir.

Futbol
Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Futbol
Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Çempionlar Liqası: "İnter" "Bavariya"nı, "Barselona" "Viktoriya"nı qəbul edəcək

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Futbol
DÇ-2022: Belçika Mərakeşə uduzub

DÇ-2022: Belçika Mərakeşə uduzub

Futbol
UEFA Rusiyaya təzminat ödəyib

UEFA Rusiyaya təzminat ödəyib

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb