Azərbaycan millisinin sabiq futbolçusu: "Qarabağ" "Sabah"ı məğlub edəcək"

Azərbaycan millisinin sabiq futbolçusu: "Qarabağ" "Sabah"ı məğlub edəcək"

"Məncə, "Qarabağ" "Sabah"ı məğlub edəcək".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov Premyer Liqanın bu gün baş tutacaq matçı ilə bağlı danışarkən deyib.

58 yaşlı mütəxəssis Ağdam təmsilçisinin çempionatın aşkar favoriti olduğunu bildirib: "Mövsümün sonunda qızıl medallara sahib çıxacaqlar. Komanda bəzi oyunlarda uduzsa da, bütün rəqiblərini üstələyir. Çünki Avropa Liqasının qrup mərhələsində mübarizə apardığı üçün bir az yorğunluq olur. Bu da məğlubiyyətlərin səbəbidir. "Sabah"ı isə bu il tanıya bilmədim. Ötən mövsüm yaxşı, sürətli və məzmunlu futbol sərgiləyirdilər. Fikirləşirdik ki, "Qarabağ", "Sabah" və "Neftçi" arasında gərgin çempionat keçəcək. Təəssüflər olsun ki, yalnız "Qarabağ" və "Zirə" özünü yaxşı tərəfdən göstərir".

Hüseynov paytaxt klubunun son iki görüşdə yaxşı çıxış etdiyini və bir az özünə gəldiyini vurğulayıb: "Amma "Sabah" hələ də ötən mövsümdəki kimi deyil".

Qeyd edək ki, bu gün "Bank Respublika Arena"da gerçəkləşəcək "Sabah" - "Qarabağ" matçı saat 20:00-da başlayacaq.

Futbol
"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
“Real” sabiq müdafiəçisini geri qaytarır

“Real” sabiq müdafiəçisini geri qaytarır

Futbol
Çempionlar Liqası: Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Peşəkar Futbol Liqasında yeni təyinat olub

Peşəkar Futbol Liqasında yeni təyinat olub

Futbol
Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Futbol
Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər