“Futbol Düşərgəsi” layihəsinə yekun vurulub

“Futbol Düşərgəsi” layihəsinə yekun vurulub

“Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi" layihəsinə yekun vurulub.

"QELEBE.AZ" xəbər verir ki, noyabrın 16-da start götürən və 5 gün müddətində 2 qrup üzrə keçirilən layihənin ikinci qrupuna daxil olan uşaqlar "Sumqayıt"ın bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub.

Layihənin sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib.

Tədbirdə YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, millət vəkilləri - Müşfiq Məmmədli, Emin Hacıyev, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar etdikdən sonra iştirakçılar tərəfindən maraqlı kompozisiyalar nümayiş etdirilib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt"ın, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.

Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.

Qeyd edək ki, 2014-cü ildə keçirilən layihədə bu müddət ərzində 800-dən çox məktəbli bu seminarın iştirakçısı olub.

Futbol
Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

Futbol
"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

"Qarabağ" bu gün UEFA Avropa Liqasında pley-offa yüksələ bilər

Futbol
"Yuventus"un yeni prezidenti bəlli olub

"Yuventus"un yeni prezidenti bəlli olub

Futbol
Rövlan Muradov: "De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır"

Rövlan Muradov: "De Byazinin mənə şans verməməsi ruh düşkünlüyü yaratmır"

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

Futbol
Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Futbol
"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

"Qəbələ"nin baş məşqçisi tezliklə Pro kateqoriyası alacaq

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"