"Xəzri"nin türkiyəli baş məşqçisi: "Hamının bu oyundan zövq almasını istəyirəm"

"Xəzri"nin türkiyəli baş məşqçisi: "Hamının bu oyundan zövq almasını istəyirəm"

"Mənim istəyim oyunçuların, hakimlərin və baş məşqçilərin bu görüşdən zövq almasıdır".

"Report" xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmən Azərbaycan Basketbol Liqasının IV turunda "NTD-İndiqo"ya qarşı keçirəcəkləri IV turun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis rəqibin çox güclü olduğunu bildirib: "Bu mövsüm çempionluq üçün heyət formalaşdırıblar. Qarşılaşma çətin olacaq. Matçın çox maraqlı olacağını gözləyirəm. Düşünürəm ki, meydanda sərt mübarizə izləyəcəyik. İki komanda da qazanmaq istəyir və hədəfləri böyükdür. Bizim üçün çox ağır bir görüş olacaq".

Dikmən yaxşı hazırlıq keçə bilmədiklərini söyləyib: "Çünki daim hazırlaşdığımız zalda güləş turniri var idi və buna görə də 2 gün məşq edə bilməmişik. Oyunçularımızla öz imkanları daxilində hazırlaşmışıq. Sadəcə, matçdan 1 gün öncə zala gələ bilmişik. Bu bir bəhanə deyil, çünki biz mövsümün əvvəlindən hazırlıqlara başlamışıq. Komandam hazır durumdadır".

Qeyd edək ki, noyabrın 17-də Sumqayıtda reallaşacaq "Xəzri" - "NTD-İndiqo" oyunu saat 15:00-da başlayacaq.

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Turab Teymurov: “Formula 1” üzrə Azərbaycan Qran Prisi qalib ölkə olaraq tanınmağımız üçün çox önəmlidir”

Komanda
Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb