Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kursa start verilib.

“Report” xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfə keçirilir.

Açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin almaniyalı məşqçi-instruktoru Peter Nonnenbroix və rumıniyalı Dan Girleanu iştirak ediblər.

Tədbirdə çıxış edən Faiq Qarayev FIVB-nin təşkil etdiyi layihənin böyük əhəmiyyətə malik olduğunu bildirib. O, bu kursların yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Ceyhun Rəhmanov ölkəmizdə müxtəlif idman növləri üzrə mütəmadi olaraq beynəlxalq kursların təşkil olunduğunu bildirib. O, əlavə edib ki, MOK idmanın, eləcə də voleybolun inkişafına xidmət edən beynəlxalq kursların təşkilini davam etdirəcək.

Kursun təlimçiləri Peter Nonnenbroix və Dan Girleanu çıxışlarında Azərbaycanın idman ölkəsi olduğunu və burada bütün idman növlərinin inkişafına böyük diqqət yetirildiyini vurğulayıblar.

Ümumilikdə 14 nəfərin iştirak etdiyi seminara yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər qatılıblar. Kursun rəhbəri almaniyalı Peter Nonnenbroix, ikinci təlimçi isə ölkəmizdə bundan əvvəl də qonaq olmuş (2019-cu ildə FIVB Level-2 kursuna rəhbəri etmiş) rumıniyalı Dan Girleanudur. Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq.

Qeyd edək ki, kurs noyabrın 22-dək davam edəcək. Həmin gün imtahan təşkil olunacaq. İmtahanın nəticələrinə uyğun olaraq bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq və onlar FIVB-nin ən yüksək sertifikatını alacaqlar.

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb