"Neftçi"nin rusiyalı legioneri: "Zenit" çox dəyişib, hazırda əvvəlki kollektiv yoxdur"

"Neftçi"nin rusiyalı legioneri: "Zenit" çox dəyişib, hazırda əvvəlki kollektiv yoxdur"

"Zenit" çox dəyişib, hazırda əvvəlki kollektiv yoxdur".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Reziuan Mirzov Rusiyanın "Zenit" komandasına qarşı Bakıda keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi əvvəllər də bu rəqibə qarşı oynadığını xatırladıb: "Uzun müddət Rusiya Premyer Liqasında çıxış etmişəm. Mən oynadığım zaman "Zenit"də məşhur futbolçular çox idi və komanda rəqiblərindən bir neçə dəfə üstün idi. İndi isə o vaxtkı dominantlıq yoxdur. Tula "Arsenal"ında olanda "Zenit"ə 4:2 hesabı ilə qalib gəlmişdik və qollardan birini mən vurmuşdum. Həmin vaxt Tula təmsilçisi UEFA Avropa Liqasında "Neftçi"yə rəqib olmuşdu. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da bu komandaya qol vurum".

Rusiyalı oyunçu Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə də təbrik edib: "Daha əvvəl jurnalistlər qarşısına çıxmadığım üçün təbrik bu vaxta təsadüf etdi".

Mirzov hazırda "ağ-qaralar"ın cari mövsüm Azərbaycan Premyer Liqasında elə də yaxşı təsir bağışlamadığını vurğulayıb: "Çətin dövr yaşayırıq. Azarkeşləri də başa düşürük. Sonuncu oyunumuz da yaxşı alınmadı. Vəziyyəti dəyişməyə çalışacağıq".

Qeyd edək ki, noyabrın 18-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da start götürəcək.

Futbol
AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

Futbol
Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

Futbol
"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" klubu yeni hücumçu transfer edib

Futbol
Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"