İngiltərə Premyer Liqası: “Tottenhem” əlavə vaxtda iki qol buraxaraq məğlub olub

İngiltərə Premyer Liqası: “Tottenhem” əlavə vaxtda iki qol buraxaraq məğlub olub

Əlavə edilmiş vaxtda iki qol buraxan “Tottenhem” İngiltərə Premyer Liqasının XII turunun səfər oyununda “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, “canavarlar”ın start heyətində Tommi Doyl və Saşa Kalajciçi əvəzləyən Joao Qomes və Jan-Rikner Belqard meydana çıxıb.

Zədələr və cəzalar səbəbindən “mahmızlar”da Mikki Van de Ven, Kristian Romero, Destini Udoci və Ceyms Meddison çıxış etməyiblər. Onları Erik Dayer, Ben Devis, Emerson Royal və Pyer-Emil Heyberq əvəzləyib.

Hesabı açmaq üçün qonaqlara cəmi iki dəqiqədən çox vaxt lazım olub. Brennan Conson Pedro Porronun ötürməsindən sonra komandasını irəli çıxarıb.

Meydan sahibləri buna bir neçə qeyri-dəqiq zərbə ilə cavab versələr də, ümumilikdə nə oyuna nəzarət ediblər, nə də topu özündə saxlayıblar.

Bununla belə, tədricən “Vulverhempton” təzyiqi artırmağa başlayıb və 33-cü dəqiqədə ilk dəfə "çərçivə"yə zərbə endirib. Qapıçı Qulyelmo Vikarionu iti bucaqdan zərbə ilə yoxlayan Mario Lemina olub.

“Canavarlar” “Tottenhem”in yetərincə passiv görünməsinə baxmayaraq, fasiləyə qədər qonaqları məyus edə bilməyiblər.

İkinci hissədə meydan sahibləri təşəbbüsü tamamilə ələ keçirsələr də, onların hücumları kəsərli olmayıb. Qonaqlar yalnız əks-hücumlarla cavab versələr də, daha məhsuldar görünürdülər.

Bununla belə, “Vulverhempton” oyunun əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə ehtiyat oyunçu Pablo Sarabiyanın sayəsində hesabı bərabərləşdirib.

Lakin bu da son olmayıb. Əlavə vaxtın 7-ci dəqiqəsində Sarabiyanın əla ötürməsindən sonra Lemina oyunda son nöqtəni qoyub – 2:1.

Beləliklə, 12 oyundan sonra London təmsilçisi hələlik ikinci pillədəki yerini qoruyur. “Mahmızlar”ın hesabında 26 xal var. Onun ən yaxın təqibçiləri “Liverpul” (24 xal) və “Arsenal”dır (24 xal). Hər ikisinin ehtiyatında 1 oyun var. “Vulverhempton” isə 11-ci pilləyə yüksəlib. Komanda 15 xala malikdir.

Turnir cədvəlinə isə “Mançester Siti” başçılıq edir. Qvardiolanın yetirmələri 11 oyuna 27 xal toplayıblar.

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Futbol
UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
DÇ-2022: Açılış oyununda Qətər məğlub olub

DÇ-2022: Açılış oyununda Qətər məğlub olub