“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

“Qəbələ”nin baş məşqçisi: “Oyunun Zəfər Gününə təsadüf etməsi bizə əlavə motivasiya verəcək”

“Olimpiakos”la oyun 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyindən, ikiqat məsuliyyət var. Bu amil bizə əlavə motivasiya verəcək”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Yunanıstan klubu “Olimpiakos”a qarşı keçiriləcək UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssisin fikrincə, budəfəki rəqib I mərhələdə üstələdikləri Macarıstan “Puşkaş Akademiya”sından güclüdür: “Olimpiakos” əvvəlki mərhələdə qarşılaşdığımız rəqibdən qat-qat təcrübəli və güclü komandadır. Yunanıstan təmsilçisi I mərhələdə İtaliya klubu “Leççe”ni hər iki görüşdə məğlub edib. Həmin qarşılaşmaları təhlil etmişik. Həm hücumda, həm də müdafiədə kifayət qədər yaxşı təşkilatlanmış komandadır. Meydanboyu kollektiv şəkildə hərəkət edirlər. Heyətlərində xeyli sayda təhlükəli oyunçular var. Onlara qarşı müəyyən planlarımız olacaq”.

Famil Xəlilov şansları yarı-yarıya hesab edir: “Uğur qazanmaq olar, mümkünsüz heç nə yoxdur. Bu cütdə az səhv edən komanda mərhələni keçəcək. Ölkəmizi layiqincə təmsil etmək, növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Olimpiakos” oyunu saat 16:00-da başlayacaq.

Futbol
Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

“Qarabağ” daha bir futbolçusunu satmağa yaxındır

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

Futbol
Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Futbol
Edinson Kavaninin yeni klubu müəyyənləşib

Edinson Kavaninin yeni klubu müəyyənləşib

Futbol
Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb