“Sabah”ın idman direktoru: “Məqsədimiz Monteneqrodakı məğlubiyyətin əvəzini çıxmaqdır”

“Sabah”ın idman direktoru: “Məqsədimiz Monteneqrodakı məğlubiyyətin əvəzini çıxmaqdır”

“Məqsədimiz Monteneqrodakı məğlubiyyətin əvəzini çıxmaqdır”.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqro təmsilçisi “Mornar”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

Klub rəsmisi səfərdəki qarşılaşmada qələbəni əldən verdiklərini etiraf edib: “Mornar”la səfər matçında qələbə qazanmaq şansımız olsa da, dəyərləndirə bilmədik. Bu dəfə öz meydanımızda çıxış edəcəyik və hədəfimiz qələbə qazanmaq olacaq”.

Elşən Yusubov “Sərhədçi” İdman Mərkəzində baş tutacaq görüşə hazır olduqlarını bildirib: “Komanda tam olaraq məşq prosesinə köklənib. Dünən rəqiblə bağlı videotəhlillər oldu və buna uyğun məşqlər davam edir. Bütün heyətlə artıq hazırıq. Desmond Kembricin yüngül zədəsi var idi, sağalmaq üzrədir. Kivon Devenportun əlində narahatlıq var idi, artıq qaydasındadır”.

İdman direktoru komandanın FIBA Avropa Kubokunda cari mövsümdəki nəticələrini yüksək qiymətləndirib: “Bildiyiniz kimi, əvvəlki mərhələni 3 qələbə ilə keçmişdik. Ancaq indiki mərhələdə komandaların səviyyəsi çox üstündür. Məsələn, Türkiyə “Bağçaşəhər”i və Çexiya “Nimburk”u çox təcrübəli komandalardır. Onlar illərdir ki, öz çempionatlarında güclü rəqiblərlə qarşılaşırlar və qrupumuzun favoritləridir. Hər ikisinin finala qədər irəliləmək şansı var. “Sabah” isə ilk addımlarını atır. Fikrimcə, cari mövsüm nəticələrimiz uğurludur. Çünki artıq bir mərhələ keçmişik. Məncə, növbəti mövsüm bundan da uğurlu ola bilərik”.

Qeyd edək ki, “Sabah” – “Mornar” oyunu noyabrın 8-də, saat 19:00-da keçiriləcək.

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub