Şamaxıda keçirilən beynəlxalq badminton turnirinin yarımfinalçıları müəyyənləşib

Şamaxıda keçirilən beynəlxalq badminton turnirinin yarımfinalçıları müəyyənləşib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turnirinin yarımfinalçıları müəyyənləşib.

“Report” xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil badmintonçuların Şamaxı Olimpiya İdman Kompleksində baş tutan mübarizəsində 5 kateqoriya üzrə qarşılaşmalar oynanılıb.

Kişilərin şəxsi yarışında ilk iki görüşünü qələbə ilə başa vuran Azərbaycan təmsilçiləri Diki Pangestu və Muhammed Kadafi yarımfinalda qarşılaşacaqlar. Digər yarımfinal cütündə Türkiyə badmintonçusu Əmrə Lalə ilə qazaxıstanlı Maksut Tadzıbullayev üz-üzə gələcəklər.

Qadınların şəxsi mübarizəsində təmsilçilərimizdən Həcər Nuriyeva və Era Maftuha ən güclü “dördlüy”ə yüksəlməyi bacarıblar. H.Nuriyeva finala vəsiqə uğrunda görüşdə türkiyəli Özgə Bayrakla qarşılaşacaq. E.Maftuhanın yarımfinaldakı rəqibi isə Diana Qaramova (Özbəkistan) - Aişa Zumabek (Qazaxıstan) görüşündə müəyyənləşəcək.

Kişilərin qoşa yarışında Əli Gözəlov və Sərxan Bağırov Diki Pangestu-Muhammed Kadafi tandemi ilə yarımfinalda yarışacaq. Bu kateqoriya üzrə digər yarımfinal cütündə Sərhat Salim-Yusuf Ramazan (Türkiyə) Kaitmurat Kulmatov-Maksut Tadzıbullayevlə (Qazaxıstan) qarşılaşacaq.

Qadınların qoşa yarışında Nərmin Hüseynova-Nigar Səmədova cütü Aişa Zumabek-Nargiza Raxmatullayeva (Qazaxıstan) tandemi ilə yarımfinalda mübarizə aparacaq. Bu kateqoriya üzrə digər finalçı İlayda Nur-Sare Ece (Türkiyə) ilə Diana Qaramova-Viktoriya Rudakova (Özbəkistan) duelində müəyyənləşəcək.

Qarışıq-qoşa kateqoriyasında isə 1/4 finalda yarışacaq badmintonçular məlumdur. Muhammed Kadafi-Era Maftuha cütlüyü yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Qazaxıstan təmsilçiləri Maksut Tadzıbullayev-Dilyara Jumadilova ilə qarşılaşacaq. Rəvan Niftəliyev-Nərmin Hüseynova digər badmintonçularımız Diki Pangestu-Həcər Nuriyeva ilə görüşəcək. Bundan başqa, Adilet Kubatbek-Jasmin Aisarova (Qırğızıstan) - Buğra Aktaş-Sinem Yıldız (Türkiyə) və Gafforbek Jabborov-Diana Qaramova (Özbəkistan) - Kaitmurat Kulmatov-Nargiza Raxmatullayeva (Qazaxıstan) görüşləri baş tutacaq.

Turnirin final oyunları noyabrın 8-də keçiriləcək.

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Fərdi
Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub