Vətən müharibəsi veteranlarının iştirakı ilə futbol yarışı keçirilib

Vətən müharibəsi veteranlarının iştirakı ilə futbol yarışı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş Vətən müharibəsi veteranlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Zəfər Gününə həsr olunan növbəti futbol yarışı keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, turniri izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, millət vəkilləri, Vətən müharibəsi qəhrəmanları və digər tanınmış şəxslər də olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Şərti adlandırılan “Zəfər” və “Qələbə” komandaları meydana çıxıblar.

Oyunda iştirak edən 14 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə veteranları, digərləri isə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşları olub.

Protezlərin funksionallığı və aktivliyi onlara oyun ərzində yüksək performans göstərməyə imkan verib. Maraqlı oyun epizodları və gərgin mübarizə şəraitində keçən yarış 7:4 hesabı ilə “Qələbə” komandasının xeyrinə başa çatıb.

Sonda iştirakçılara təşəkkürnamə və medallar təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd “Genium” tipli yüksək texnologiyalı protezlə təmin olunub. Müharibədə əzalarını itirən hərbçilərimiz son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı əldə edirlər. Hətta idman yarışlarında da iştirak edə bilmək bacarığına sahib olurlar.

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

Futbol
Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb