"Qəbələ"nin baş məşqçisi: "İlk matç bu mərhələni keçə biləcəyimizi göstərmişdi"

"Qəbələ"nin baş məşqçisi: "İlk matç bu mərhələni keçə biləcəyimizi göstərmişdi"

"İlk matç bizə bu mərhələni keçə biləcəyimizi göstərmişdi".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Macarıstanda “Puşkaş Akademiya” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis rəqibin təhlükəli oyunçularının olduğunu bildirib: "Buna baxmayaraq, qələbəyə inanırdıq. Onların 1:1 hesabı ilə bitən ilk görüşdəki səhvləri və oyun üslubları ilə bağlı müəyyən təhlillər aparmışdıq. Gözlədiyimiz kimi də çıxış etdilər. Futbolçularımız çox yaxşı mübarizə apardılar. Verilən tapşırıqları yerinə yetirdilər və layiqli qələbə qazandılar. Hər iki tərəfin qol şansları oldu, sadəcə, biz yararlana bildik".

Baş məşqçi növbəti raundda qarşılaşacaqları Yunanıstanın "Olimpiakos" klubu ilə bağlı fikirlərini də bildirib: "Artıq növbəti raund haqqında düşünürük. Rəqibin matçını izlədikdən sonra necə çalışmalı olduğumuzu biləcəyik. Hələlik təhlil etmək imkanımız olmayıb. Ancaq əvvəlki görüşlərdəki inamlı qələbələri onların gücündən xəbər verir. İlk matçımız noyabrın 8-də doğma meydanda baş tutacaq. Buna qədər isə çempionatda iki görüşümüz olacaq. Sıx qrafikdə oyunçuları balanslı şəkildə formada saxlamağa çalışacağıq".

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

Futbol
Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”