Cüdo üzrə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib 

Cüdo üzrə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib 

Azərbaycan Cüdo Federasiyası (ACF) ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edib.

ACF-dən "Report"a verilən məlumata görə, imtahan Bakı İdman Sarayında gerçəkləşib.

Bildirilib ki, bunun keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

ACF-in idman direktoru Kamran Talıbov kəmər dərəcələri üzrə rəsmi imtahanın təşkilinin Azərbaycanın cüdo tarixində bir ilk olduğunu söyləyib: “Buraya 140 idmançı qatılıb. Təcrübəli münsiflər heyəti tərəfindən şəffaf şəkildə qiymətləndirmələr keçirilir. Bu gənc cüdoçuların karyeralarının bünövrəsini təşkil edir və həvəsləndirici qüvvə rolunu oynayır. Qeyd edim ki, 2025-ci ildən yalnız kəmər dərəcələri olanlar rəsmi daxili yarışlarda iştirak etmək hüququ qazanacaqlar".

Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru və Avropa Cüdo Birliyinin kata komissiyasının üzvü Mehmet Yılmaz ACF-i bu təşəbbüsə görə təbrik edərək bildirib ki, imtahanın təşkil standartları ən yüksək səviyyədədir: “Beynəlxalq Cüdo Federasiyasında və Avropa Cüdo Birliyində kata və kəmər imtahanları bu formada təşkil edilir. Cüdoya yeni başlayan idmançıların gələcəkdə təhsil sahəsində inkişafı üçün Avropa Cüdo Birliyinin ən son tətbiq etdiyi qaydalara uyğun imtahan verməsi çox önəmlidir. Gələcəkdə Azərbaycan cüdosunda təhsil sahəsində və katada çox mühüm inkişaf olacaq. Azərbaycan cüdoçularının gələcək illərdə kata sahəsində də Avropa və dünya çempionatlarında nəticə əldə edəcəklərinə əminəm. Bütün idmançıları, məşqçiləri, münsifləri və federasiyanı təbrik edirəm”.

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Baş katib: "Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik"

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb