“Sumqayıt” rəsmisi: “AFFA və PFL-in razılığından sonra yeni stadionda oyun keçirə biləcəyik”

“Sumqayıt” rəsmisi: “AFFA və PFL-in razılığından sonra yeni stadionda oyun keçirə biləcəyik”

“Yarışlara məsul qurumlar AFFA və Peşəkar Futbol Liqası razılıq verdikdən sonra komandamız yeni stadionda oyun keçirə biləcək”.

Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev komandanın Mehdi Hüseynzadə adına şəhər stadionuna nə vaxt köçəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Klub rəsmisi bildirib ki, arena ilk növbədə “gənclik şəhəri” təmsilçisinin sərəncamına verilməlidir: “Stadion Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikilib, qazon, oturacaqlar, “skay-boks” hazırdır. Ancaq oyun keçirmək üçün təkcə bunlar kifayət deyil. Əvvəla, stadion “Sumqayıt”ın sərəncamına verilməlidir. Yəqin ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə klub arasında anlaşma olacaq”.

Z.Xudiyevin sözlərinə görə, arenada görüləcək bəzi işlər var: “Arena əvvəlcə bizə verilməli, həmçinin bir sıra çatışmazlıqlar aradan qaldırılmalıdır. Bura işıqlandırma, tablo, internet xətti, jurnalistlər, qonaqlar üçün yer, paltardəyişmə otaqları və sair aiddir. Bu xırda məsələlər həll olunduqdan sonra AFFA və PFL-in nümayəndələri tərəfindən baxış keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Tamaşaçı tutumu 9502 nəfər olan stadionda 545 nəfərlik VİP və KİV tribunası yaradılıb.

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Futbol
Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub

Futbol
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol
Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Joze Alesio: "Çempionlar Liqasının startınadək boşluğu doldurmalıyıq"

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"