BAF prezidenti: “Dünya çempionatının final mərhələsini Azərbaycanda keçirməyi arzulayıram”

BAF prezidenti: “Dünya çempionatının final mərhələsini Azərbaycanda keçirməyi arzulayıram”

“Dünya çempionatının final mərhələsini Azərbaycanda keçirməyi arzulayıram”.

“Report”un məlumatına görə, bunu Beynəlxalq Atıcılıq Federasiyasının (BAF) prezidenti Luçiano Rossi Bakıda keçirilən Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda təşkil edilən dünya çempionatının yüksək səviyyədə keçirildiyini bildirən qurum rəhbəri başqa yarışların baş tutma perspektivlərini də yüksək qiymətləndirib: “Azərbaycandakı dünya çempionatı çox maraqlı alındı. Azərbaycan qonaqpərvərliyi, ənənəsi ilə bütün dünyaya mesaj verdi. Atıcılıq tarixinin ən gözəl açılış mərasimi oldu. Belə möhtəşəm tədbirə görə təşəkkürümü bildirirəm. Bundan sonra mundialın keçiriləcəyi ölkələrə də nümunə olacaq. Tariximizdə belə bir şey olmamışdı. Buna görə xüsusi təşəkkürümü bildirirəm. Bundan sonra da Azərbaycan bir çox tədbirlərə ev sahibliyi edəcək. Gələn il üçün tədbirlər hazırlayırıq. Dünya Kubokuna məşq proseslərini, Yay Olimpiya Oyunlarına hazırlıq dövrünü Azərbaycanda keçirməyi planlaşdırırıq. Həmçinin, olimpiadadan sonra qalibləri bura yığaraq dünya çempionatı kimi bir yarış keçirməyi düşünürük. Azərbaycan Atıcılıq Federasiyasının möhtəşəm təşkilatçılıq qabiliyyəti var”.

Luçiano Rossi yaxın illərdə Avropa çempionatının Azərbaycanda keçirilməsinə müsbət yanaşır: “Bunun üçün heç bir problem yoxdur. Əksinə, Azərbaycanın Atıcılıq Mərkəzi çox gözəldir. Nəinki Avropada, hətta dünyada ən yaxşılardan biri sayılır. Bu istiqamətdə işlər görüləcək. Təkcə dünya çempionatı deyil, qitələrarası yarışın və Avropa çempionatının Azərbaycanda keçirilməsi yaxşı olardı. Fikrimcə, bu istiqamətdə çalışmaq olar”.

O, Azərbaycanda atıcılıqla bağlı qısa müddətdə böyük işlər görüldüyünü vurğulayıb: “Azərbaycanda atıcılıq yeni başlayır. Buna baxmayaraq, böyük addımlar atılıb. Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi ilə görüşlərimiz olub. Onlar böyük işlər görürlər. Mən də bu istiqamətdə öz töhfəmi verməyə hazıram. Azərbaycanın daha gözəl nəticələr verməsi üçün layihələr üzərində çalışırıq. İnanıram ki, Parisdə keçiriləcək tədbirdən sonra Azərbaycan müəyyən nəticələr əldə edəcək”.

Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Azərbaycanın gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsini də mümkünsüz hesab etmir: “Yaxın keçmişdə Avropa Oyunları burada keçirilmişdi. Qısa zamanda bütün infrastrukturun qurulması uğurla həyata keçirildi. Möhtəşəm təşkilatçılıq olmuşdu. Ölkənin olimpiadanı qəbul etməyə də potensialı var. Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi mümkünsüz deyil”.

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb