“Qarabağ” klubu və Avropa Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Qarabağ” klubu və Avropa Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Qarabağ” klubu ilə Avropa Futbol Akademiyası (EFA) arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Ağdam təmsilçisindən "Report"a verilən məlumata görə, tədbirdə "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev, inzibati işlər üzrə direktor Murat Karaman və baş meneceri Kamran Bayramov iştirak ediblər.

Ə.Çəlikəl əməkdaşlığın perspektivlərindən danışıb: “Çox yaxşı haldır ki, Azərbaycanda uşaq futboluna diqqət ayıran, bu istiqamətdə püxtələşən belə bir akademiya fəaliyyət göstərir. Sözügedən akademiyanın iş prinsipləri və futbola yanaşması ilə yaxından tanış olduq və perspektiv vəd edən müqaviləyə imza atdıq. EFA-nın bizimlə əməkdaşlıq etmək istəyi “Qarabağ”a verilən dəyəri göstərir. İnanıram ki, “Qarabağ”la anlaşma EFA-nın fəaliyyətinə əlavə stimul verəcək və yeni futbolçuların akademiyaya cəlb olunmasında, onların inkişafında müsbət rol oynayacaq. Bu, Azərbaycan futbolu və “Qarabağ” üçün yeni gənc futbolçuların yetişməsi mənasında bir şans, üstünlükdür”.

V.Mustafayev müqavilə barədə fikirlərini açıqlayıb: “Qarabağ” kimi böyük bir klubla müqavilə bağladığımız üçün çox şadıq. “Qarabağ” illərdir nəinki Azərbaycanda, Avropa arenalarında sözünü layiqincə deyən, adından söz etdirən komandadır. “Qarabağ”la müqavilə imzalamaq bizim üçün çox önəmli, qürurvericidir. Bu əməkdaşlıq sayəsində yerli futbolçularımız böyük arenalarda oynamaq şansı əldə edəcəklər, “Qarabağ”ın seçimi isə böyüyəcəklər və gənclər arasında rəqabət artacaq”.

Qeyd edək ki, əsas məqsədi ölkədə uşaq futbolunu inkişaf etdirmək və yüksək səviyyəli futbolçular yetişdirmək olan EFA 2017-cl ildə yaradılıb. Akademiyada 9-17 yaş aralığında futbolçulardan ibarət komandaların tərkibində 300-ə yaxın yeniyetmə futbolun sirlərinə yiyələnir. Sözügüdən komandalar AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə turnirlərdə mübarizə aparır. Hazırda EFA-nın yetimələrindən bir neçəsi Avropanın müxtəlif klublarında top qovur. Akademiyanın yetirmələri aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarına da cəlb olunur.

Müqaviləyə əsasən, “Qarabağ” klubu EFA-nın tərkibində fərqlənən, perspektiv vəd edən futbolçuları öz komandalarına qatmaq hüququna malikdir.

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Futbol
Sosial şəbəkələrdə Pelenin tabutunun hazırlanması ilə bağlı video yayılıb

Sosial şəbəkələrdə Pelenin tabutunun hazırlanması ilə bağlı video yayılıb

Futbol
Çempionlar Liqasının finalının topu bəlli olub

Çempionlar Liqasının finalının topu bəlli olub

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib