Samir Əliyev: "Əzmkar qələbə bizə əlavə motivasiya və güc verəcək"

Samir Əliyev: "Əzmkar qələbə bizə əlavə motivasiya və güc verəcək"

"Belə əzmkar qələbə bizə əlavə motivasiya, güc və özünəinam verəcək".

Bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Lüksemburqa 3:2 hesabı ilə qalib gəldikləri AVRO-2025-in seçmə mərhələsinin oyunundan sonra deyib.

44 yaşlı mütəxəssis evdə Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına 0:1 hesabı ilə uduzduqları əvvəlki matça da toxunub: "Hər iki görüşü təhlil etdikdə görərik ki, birinci qarşılaşmada 3 xala daha çox layiq idik. Rəqib qapımız önündə qol vəziyyətləri yarada bilmirdi. Sırf künc zərbəsindən sonra fərqləndilər. Biz isə bir neçə qol şansı əldə etdik və hətta panaltidən də yararlana bilmədik. Rəqib də 10 nəfərlə qalmışdı. Bu, qələbə qazanılası oyun idi".

Əliyev futbolçuların Lüksemburqla matçda əzmkarlıq nümayiş etdirdiklərini vurğulayıb: "Hesabda önə çıxmışdıq. Standart vəziyyətdən və müdafiədəki ani diqqətsizlikdən qapımızda qol gördük. Buna baxmayaraq, uşaqlar özlərində güc tapdılar və sonadək mübarizə apararaq qalibiyyət əldə etdilər".

Baş məşqçi növbəti turda Ukraynaya qarşı keçirəcəkləri 2023-cü ildəki son görüş haqqında da fikirlərini bölüşüb: "Noyarbın 21-də bu kollektivlə üz-üzə gələcəyik. Onlar üç qarşılaşmada qələbə qazanıblar və qrup lideridirlər. Çox az vaxtımız qalıb. Oyunçular artıq öz klublarına qayıdıblar və komandalarındakı növbəti matçlara hazırlaşacaqlar. Ukrayna qrup lideri olsa da, meydanda mübarizə apararaq sərfəli nəticə əldə etmək niyyətindəyik".

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Tərlan Əhmədovun "Kəpəz"in baş məşqçisi kimi təqdimatı olub

Futbol
Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

Futbol
"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

"Qarabağ"ın rəqibi böyük hesablı qələbə qazanıb

Futbol
"Zirə" klubunda yeni məşqçi təyin olunub

"Zirə" klubunda yeni məşqçi təyin olunub

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Avropa Parlamentinin deputatı: "Qarabağ" böyük potensiala malik klubdur"

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”