AVRO-2024: Estoniya - Azərbaycan oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-5

AVRO-2024: Estoniya - Azərbaycan oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-5

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyununda ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, qarşılaşmada fasilə başa çatıb.

İlk yarıdan sonra qonaq komanda 2:0 hesabı ilə öndədirlər.

20:52

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyununda birinci hissə başa çatıb.

“Report” xəbər verir ki, yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın birinci hissəsində qollara Toral Bayramov və Ramil Şeydayev imza atıblar.

20:49

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

“Report” xəbər verir ki, millimiz yenidən rəqibi mərkəzə dəvət edib.

Bu dəfə Ramil Şeydayev fərqlənib. Hücumçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Millimiz səfərdə 2:0 hesabı ilə önə keçib.

20:10

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

“Report” xəbər verir ki, qonaq komanda 9-cu dəqiqədə fərqlənib.

Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini mərkəzə dəvət edib.

Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.

20:00

Tallində Estoniya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin VII tur oyunu başlayıb.

“Report” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

“A. Le Koq Arena”da keçirilən matçı almaniyalı Robert Şröder idarə edir.

18:52

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda üz-üzə gələcək Estoniya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

“Report” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Estoniya: 12. Karl Yakob Hein, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vassilyev (k), 17. Martin Miller, 20. Markus Poom
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyamaa, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaştşuk, 23. Vlasi Sinyavski
Baş məşqçi: Tomas Heberli

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, bu gün Tallində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

DÇ-2022: Fransa mundialda 1/8 finala yüksələn ilk komanda olub

Futbol
KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

Futbol
"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Futbol
"Liverpul" Qakponu transfer edib

"Liverpul" Qakponu transfer edib