Şimali İrlandiya millisinin baş məşqçisi: “Azərbaycanın seçim imkanı bizdən genişdir”

Şimali İrlandiya millisinin baş məşqçisi: “Azərbaycanın seçim imkanı bizdən genişdir”

“Azərbaycan millisinin seçim imkanı bizdən genişdir. Əvvəlki matçlara diqqət yetirsəniz, onların daha çox futbolçudan yararlandıqlarını görərsiniz. Bizim isə kiçik qrupumuz var”.

“Report” xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Şimali İrlandiya yığmasının baş məşqçisi Tommi Rayt Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı bu gün keçiriləcək oyun ərəfəsində yerli mətbuata açıqlamasında deyib.

60 yaşlı mütəxəssis ilk iki turda məğlub olmalarına baxmayaraq, Bakıya qələbə üçün gəldiklərini bildirib: “Bakıya səfər təbii olaraq hazırlıq vaxtının bir hissəsini aldı. Buna görə də diqqətli olmalıyıq. Azərbaycanın Serbiya ilə keçirdiyi son oyunun görüntüləri bizdə var. Komandanı buna uyğun hazırlamışıq. Matçı səbirsizliklə gözləyirik. Əvvəlki görüşdə Ukraynaya uduzsaq da, aparılan mübarizə oyunçulara müsbət təsir göstərməlidir. Çünki həmin qarşılaşmanı çox yaxşı keçirdik”.

Qeyd edək ki, bu gün “Azərsun Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya qarşılaşması saat 18:00-da başlayacaq.

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Millətlər Liqası: İngiltərə Almaniyanı, Macarıstan İtaliyanı qəbul edəcək

Millətlər Liqası: İngiltərə Almaniyanı, Macarıstan İtaliyanı qəbul edəcək

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"