“Neftçi”nin legioneri: “Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”

“Neftçi”nin legioneri: “Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”

“Optimistəm, çünki hələ mövsümün əvvəlindəyik”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Mark Tamaş “nemzetisport.hu” saytına açıqlamasında deyib.

30 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın IX turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları görüşdə bu nəticəyə layiq olmadıqlarını bildirib: “Əvvəlki çempionat matçlarındakı kimi, bu dəfə də kifayət qədər qol şanslarımız oldu. Təəssüf ki, yenə imkanları dəyərləndirə bilmədik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq. Yaranmış vəziyyət bizi hədsiz dərəcədə əsəbiləşdirir. “Qarabağ”ın isə iki imkanı oldu, hər ikisində qol vurdu”.

Tamaş hücum xəttində yer alan futbolçulardan daha effektli oyun gözləyir: “Hücumçularımız effektli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələri qola çevirməməyimizin səbəbi ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə, uğursuzluq zolağındayıq. Bəzən topu qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə topu necə qaytaracağını bilmir. Yenə də üzərimizdə çox çalışmağımız öz bəhrəsini verəcək. “Səbail”lə növbəti turun oyununda uğurlu seriyaya başlayacağımıza inanıram”.

Macarıstanlı futbolçu baş məşqçi Adrian Mutunun komandanı bu vəziyyətdən çıxaracağını düşünür: “Əvvəlcə Konfrans Liqasında, ardından isə çempionatda oynamaq şansı yaxaladım. Buna görə çox şadam. Son 3-4 görüşdə özümü gözlədiyim formada hiss etdim. Baş məşqçimiz Adrian Mutu mənə güvənir. Xoşbəxtlikdən klub rəhbərliyi də ona inanır. O, ötənlərin məşhur hücumçusudur. Şübhəsiz ki, bizi daha effektli etməyin yolunu tapacaq. Bəlkə də hücumçularımız özünəinam hissi qazanmaq üçün məşqdə boş qapıya zərbələr vurmalı olacaqlar”.

Təcrübəli oyunçu Macarıstan millisinə çağırılmamasını normal qarşılayıb: “Yığmamız son vaxtlar sabit və uğurlu futbol göstərir. Dəvət almayacağımı təxmin etmişdim. Yenə də adlar oxunanda insan öz adının səslənəcəyini gözləyir. Mənim işim yaxşı futbol oynamaq və əlimdən gələni etməkdir. Təslim olmayacağam”.

Qeyd edək ki, “Neftçi” hazırda 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

"Neftçi"nin baş məşqçisi "Styaua"ya mümkün qayıdışı ilə bağlı açıqlama verib

Futbol
"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

Futbol
"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

"Beşiktaş" baş məşqçisi ilə vidalaşır

Futbol
"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Futbol
Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Klublararası dünya çempionatının yeni formatla keçiriləcəyi təsdiqlənib

Futbol
Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"