Elxan Məmmədov: "Medal sıralamasında ikinci olmaq sıradan bir şey deyil"

Elxan Məmmədov: "Medal sıralamasında ikinci olmaq sıradan bir şey deyil"

"Dünya çempionatında medal sıralamasında ikinci olmaq sıradan bir şey deyil".

Bunu "QELEBE.AZ"a açıqlamasında gənc oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Portuqaliyanın Odivelas şəhərində təşkil edilmiş dünya çempionatı ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis yalnız Yaponiya kollektivindən geri qaldıqlarını xatırladıb: "Budəfəki mundial son illərin ən güclü yarışlarından biri idi. Cüdoda Fransa və Cənubi Koreya kimi aparıcı ölkələr kişilərin mübarizəsində medal qazana bilmədilər. Yığmamızın çıxışını çox uğurlu qiymətləndirirəm. Bu, böyük nəticədir".

2013-cü ildə Azərbaycana böyüklər kateqoriyasında ilk və yeganə dünya çempionluğunu qazandıran sabiq cüdoçu Portuqaliyada medal əldə etmiş idmançıların bu uğuru təkrarlamaq ehtimalına da toxunub: "Bugünkü gənclər sabahın böyükləridir. Hazırda nəticə verirlərsə, əminəm ki, bir az çalışıb böyüklərdə də uğur qazana bilərlər. Rekorda gəlincə, kim əziyyət və zəhmət çəksə, intizamlı olsa, bəhrəsini də görəcək".

Qeyd edək ki, yığmanın heyətində Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş mükafat əldə edib. Komanda medal sıralamasında ikinci yeri tutub.

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Azərbaycan şahmatçısı: "Şuşa turniri heç vaxt unudulmayacaq"

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir