“Qarabağ”ın həsrətinə Qurban Qurbanov son qoyub, “Neftçi” iki ildir qələbə qazanmır - STATİSTİKA

“Qarabağ”ın həsrətinə Qurban Qurbanov son qoyub, “Neftçi” iki ildir qələbə qazanmır - STATİSTİKA

Premyer Liqanın IX turunda əzəli rəqiblər “Neftçi” və “Qarabağ” birincilərin meydanında üz-üzə gələcəklər.

“Report”un məlumatına görə, bu, komandaların ölkə çempionatları tarixində 92-ci qarşılaşması olacaq.

Bütün mövsümlərin iştirakçıları olan tərəflərin indiyəqədərki duelində Ağdam təmsilçisi üstünlük təşkil edir. Geridə qalan 91 matçın 37-də qələbə qazanan “Qarabağ” 23 dəfə meydanı məğlub tərk edib. 31 qarşılaşmada isə “sülh” qeydə alınıb. Bakılıların qələbəsinin biri texniki nəticə ilə olub.

Vurulan topların sayında da ciddi fərq var. 1992-ci ildə başlanan rəqabətdə “Qarabağ”ın 116 qoluna “Neftçi” 83 topla qarşılıq verə bilib.

Rəqiblər çempionat çərçivəsində “Neftçi”nin meydanında indiyə qədər 45 dəfə üz-üzə gəliblər. Maraqlıdır ki, “Qarabağ” ilk vaxtlar uzun müddət rəqibin meydanında qələbə üzünə həsrət qalıb. Ağdamlıların birinci səfər qalibiyyəti 2009-cu ilə təsadüf edib. Bu, Qurban Qurbanovun “köhlən atlar”ın “sükanı arxası”nda ilk mövsümü olub. Həmin vaxta qədər “Neftçi”nin meydanında baş tutan 16 matçda ev sahibləri yenilgi üzü görməyiblər – 6 qələbə, 10 heç-heçə.

Qurban Qurbanovun gəlişindən sonra “Qarabağ” təkcə ev yox, səfər qarşılaşmalarında da “Neftçi” üzərində ciddi üstünlüyə nail olub. Ağdamlılar bu rəqib önündə bütün səfər qalibiyyətlərini məhz Qurbanovun rəhbərliyi altında qazanıb.

Ümumiyyətlə, “Neftçi”nin rəqibini qəbul etdiyi görüşlərin 13-də ev sahibləri, 16-da qonaqlar 3 xal sevinci yaşayıblarsa, 16 duel bərabərliklə nəticələnib. “Ağ-qaralar” 2001-ci ildəki bir qarşılaşmada texniki qələbəyə seviniblər.

“Neftçi” əsas rəqibini axırıncı dəfə 2021-ci ilin mayında məğlub edib. Son iki ildə təşkil olunan 8 Azərbaycan derbisində “Qarabağ” 7 qələbə, 1 heç-heçəlik nəticə göstərib. Bakılılar son 7 məğlubiyyətin 4-nü doğma arenalarında alıblar.

Bu komandaların görüşlərində indiyə qədər 8 dəfə böyükhesablı nəticə qeydə alınıb. 2001-ci ildəki texniki nəticəni nəzərə almasaq, “Neftçi” yeganə böyükhesablı qalibiyyətini 2000-ci ildə əldə edib – 4:0. Bu isə səfər qarşılaşmasına təsadüf edib.

“Qarabağ” isə 7 dəfə üç və daha çox top fərqilə rəqibini üstələyib. Ağdamlılar iki dəfə 3:0, iki dəfə 4:1, iki dəfə isə 4:0 hesablı qələbə qazanıb. Tərəflər arasında ən böyük fərq 2020-ci ildəki qarşılaşmaya təsadüf edib. “Qarabağ” həmin vaxt “Neftçi”nin meydanında rəqibin qapısından 6 cavabsız top keçirib.

Qeyd edək ki, oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Futbol
"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

"Sevilya"nın yeni baş məşqçisi bəlli olub

Futbol
"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"

"Qarabağ"ın müdafiəçisi: "Sabahkı oyunun ciddiyyətinin fərqindəyik"

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Futbol
FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

FIFA prezidenti: "Futbol dünyası şok vəziyyətinə düşüb"

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"